Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan / Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

Zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür – VİDEO

Noyabrın 8-də Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır.

Miyana və Sarab məntəqəsində baş verən zəlzələdən təxminən 40 gün keçməsinə baxmayaraq zəlzələdən zərərçəkənlər qarlı hava şəraitində çadırlarda qalır.

Məsullardan kaneks (dəmirdən düzəldilmiş sığınacaq evlər) istədiklərini bildirən kəndlilərdən biri tələblərinin təmin olunmadığını deyib. Onun sözlərinə görə, təbii fəlakətdən zərərçəkənlərə vəd edilən 10 milyon tümənlik kreditlər də bu günədək verilməyib.

Videolarda göründüyü kimi, zəlzələ bölgəsində dağıntıların təmizlənməsi əməliyyatı da başa çatdırılmayıb. Əhalinin verdiyi məlumata görə, bölgədə siğortalanan yeni tikilmiş evlərə bir rial da olsa ödənilməyuib.

Hökumət rəsmiləri isə bu vəziyyəti inkar edərək təbii fəlakət bölgəsi ilə bağlı ictimaiyyətə saxta raportlar təqdim edirlər.

Zəlzələdən zərərçəkənlər arasında çox sayda xəstə, yaşlı insan və körpələr var. Onlar qarlı hava şəraitində çadırlarda gecələdiyi üçün xəstələnir, bəzən isə ölüm təhlükəsi ilə üz-üzə qalırlar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir