Çərşənbə , 30 Noyabr 2022
Ana səhifə / Bəyanat / 12 Şəhrivər (3 Sentyabr) Münasibəti İlə Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Bəyanatı

12 Şəhrivər (3 Sentyabr) Münasibəti İlə Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Bəyanatı

Bilindiyi üzrə 1945 ilində qurulan Azərbaycan Milli Hökuməti Güney Azərbaycan tarixinin bir qızıl səhifəsi və dönüm nötəsidir. Azərbaycan Milli Hökuməti və vətənimiz Azərbaycan bir illik fəaliyyətindən sonra pəhləvi rejimi tərəfindən işğal və soyqırıma məruz qalaraq süquta uğradıldı ancaq buna baxmayaraq millətimiz hələ o, bir ilin xatirəsini öz yaddaşında diri saxlayıb və o, günlərin bir daha geri gələcəyi arzusu ilə yaşayır.


Təbii ki, Azərbaycan Milli Hökuməti də öz özünə ortaya çıxmadı. Milli hökümət Seyid Cəfər Pişəvəri öndərliyinə yaranan Azərbaycan Demokrat Firqəsinin yaranması ilə ortaya çıxmışdı. Azərbaycan Demokrat Firqəsi isə 12 Şəhrivər 1324 (3 Sentyabr 1945) tarixində yayımlanan 12 maddəlik bəyannamə əsasında yaranmış və Azərbaycan tarixində öz izini qoymuşdur. Azərbaycan Demokrat Firqəsinin quruluş bəyannaməsi olan və 12 Şəhrivər bildirisi kimi tanınan 12 maddəlik bəyannamə, öz zamanında dünyanın mütərəqqi və modern standardlarına sahibidi və bu səbəblə də onun izasında yaranan hökumət bir il yaşamasına rəğmən son dərəcə önəmli çağdaş başarılara imza ata bildi və onun hələ də tarixi izləri millətimizin düşüncəsində və ruhunda qalır.


12 Şəhrivər bəyannaməsi qan içən pəhləvi rejiminin sömürgəcilik caynağında əsir olan millətimizin istəklərinin özəti və təzahürü idi. Nə yazıq ki, 77 il sonra millətimiz hələ o günkü təbii haqlarını və milli siyasi tələblərini əldə edə bilməyib və hələ də eyni hüquq və azadlıqları üçün mübarizə edir. Elə ona görə də bu gün Güney Azərbaycanın xiyabanlarında “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı səsləir. Bu şuar əslində elə 12 Şəhrivər bəyannaməsinin davamı və özətidir və o milli dəyərləri özündə daşıyır. Millətimizin “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirməsi onu göstərir ki, Azərbaycan Milli Hökümətinin qurulmasından 76 il keçsə də millətimiz milli dövlətçilik tələblərinin əldə edilməsində hələ də israrlıdır və ondan vaz keçmək niyyətində deyildir.


77 il sonra, 12 Şəhrivər bəyannaməsinin ildönümündə, biz Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq bir daha millətimizin səsinə səs verib “Azadlıq, Ədalət, Milli Hökümət” deyirik və bir daha vurğulayırıq ki, millətimizin ortaya qoyduğu, 12 şəhrivər bəyannaməsinin ruhunu daşıyan bu yol xəritəsi bizim milli dövlətçilik istiqamətində apardığımız milli azadlıq mübarizəmizin əsas istiqamətlərini müəyyən edir.


GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZI

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir