Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin 23.9.2022 tarixdə keçirdiyi toplantıda birgə qərar əsasında qəbul etdiyi İşbirliyi Mərkəzinin 14 maddədən ibarət prinsiplər millətimizə sunulur.
GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞ BİRLİYİ MƏRKƏZİNİN (GATİM) PRİNSİPLƏRİ.
1. Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Türk milli düşüncəsinin təməl ilkələri üzərində qurulubdur.
2. GATİM Güney Azərbaycanda baş vermiş 100 illik Vətən işğalına qarşı bütün milli, tarixi, insani ayaqlanmaları özünün zəngin təcrübəsi hesab edir.
3. GATİM-in əsas fəaliyyət və amacı ”Azadlıq, Ədalət və Milli Hökumət”dir.
4. GATİM-in qəbul və ya himayə edəcəyi Güney Azərbaycanın milli-siyasi xəritəsi Vətən sınırları və toxunulmaz torpaq bütövlüyünü göstərir.
5. GATİM-ə üyə olan qurumlar Azərbaycan coğrafi sınırlarını Vətən sayır, onun topraq bütünlüyünə inanır və ”Güney Azərbaycan İran Deyil!” ilkəsinə dayanır.
6. GATİM-in təməl amacı Güney Azərbaycanda milli hakimiyyəti qurmaqdır. Güney Azərbaycanda yaşayan azınlıqların haqları milli hakimiyyətin güvəncəsi altındadır.
7. GATİM sekular ilkələrə dayanaraq, hər türlü irqçiliyə və ayrı-seçkiliyə qarşıdır.
8. GATİM-ə görə Güney Azərbaycanda olan milli, iqtisadi, ictimai, işçi, çevrə, eləcə də qadın, uşaq və insan haqları kimi qonular milli-qurtuluş mücadiləsinin ayrılmaz hissəsi olaraq, Güney Azərbaycan Milli Hərəkatı içində dəyərləndirilməlidir.
9. GATİM Güney Azərbaycanın varlığını danan, Türk düşmənçiliyi edən irançı və Güney Azərbaycanın torpaq bütünlüyünə iddia edən hər hansı terrorçu qruplarla işbirliyi aparmır. Yalnız zaman və gəlişən şərtlər doğruntusunda silahlı terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurum-quruluşlarla rəsmi müzakirə gərəyi GATİM şərtləri altında incələnir və qərar alınır.
10. GATİM-ə üyə təşkilat və qurumlar İran işğalçı rejiminin Güney Azərbaycan Milli Hərəkatının əleyhinə yönəltdiyi çeşidli təxribatları nəzərə alaraq, İran rejimi ilə iş ortaqlığı hesab edilən hər hansı işbirliyini yolverilməz sayır.
11. GATİM-ə üyə olan qurumlar qəbul etdikləri bu ilkələrə bağlı qalmaq şərtilə öz fəaliyyətlərində müstəqildirlər.
12. GATİM milli birlik, ulusal dayanışma və uzlaşma ilkələrinə dayanaraq, Azərbaycan dövlətçiliyinə, ədalət və azadlığa doğru fəaliyyət göstərir.
13. GATİM öz fəaliyyətlərini zamanla demokratiya ilkələrinə uyğun gəlişdirməyi hədəfləyir.
14. GATİM üyələr tərəfindən qəbul olunan yuxarıdakı 13 maddəlik ilkələrə dayanaraq iş birliyi edir.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
16.10.2022