Çərşənbə , 30 Noyabr 2022
Ana səhifə / Bəyanat / GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZININ ZƏNGƏZUR DƏHLIZININ AÇILMASI VƏ İRANIN ANTI-AZƏRBAYCAN SIYASƏTI ILƏ BAĞLI BƏYANATI

GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZININ ZƏNGƏZUR DƏHLIZININ AÇILMASI VƏ İRANIN ANTI-AZƏRBAYCAN SIYASƏTI ILƏ BAĞLI BƏYANATI

Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi ərazi gerçəklikləri təhrif olundu, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirildi. İranın uydurma “İran-Ermənistan sərhədinin bağlanması” bəhanəsi əslində onun anti-Azərbaycan və anti-Türk düşmənçiliyindən qaynaqlanır. Bu bir faktdır ki, İran fars rejimi illərdir işğalçı Ermənistan üzərindən erməni və kürd (PKK, PJAK və s.) terror örgütlərini bəstləyir, Ermənistan ərazisini narkotik və silah qaçaqmalçılığı üçün tranzit olaraq istifadə edir.

Ona görə də İran Zəngəzur dəhlizinin açılması ilə bağlı yersiz açıqlamaları ilə əslində bölgədə təhlükəsizlik və sabitliyə qarşı çıxır, regionun siyasi və iqtisadi gəlişməsinə mane olmaqla sülh və əməkdaşlığın yaranmasını istəmir.

Bu məqsədlə İran rejimi həm də himayə etdiyi terror-təxribat qrupları vasitəsilə din adı altında Azərbaycana qarşı fars siyasi şiəçilik təbliğatı aparır. Son günlərdə İranın radikal şiə ünsürlərinin anti-Azərbaycan fəaliyyətlərinin artması, Londondakı Azərbaycan səfirliyinə hücumun təşkili və dövlət bayrağımızın təhqir olunması onun Azərbaycan dövlətçiliyinə qarşı ideolojik və terror xarakterli düşmənçiliyinin açıq sübutudur.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi hər zaman Azərbaycan dövlət və dövlərçiliyinin yanında olacağını bəyan edir, İran rejiminin bölgəsəl və qlobal strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ətrafındakı hədələyici tutumunu qınayır və İran fars rejimindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat planlarını dayandırmasını tələb edir.

GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZI

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)
Güney Azərbaycan  Demokrat Partiyası (GADP)
Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk  Birliyi (GADTB)

8.8.2022

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir