Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 138)

Azərbaycan

Azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda son məlumat

Fevral ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini haqda yeni xəbər yayılıb. Son məlumata görə, Kiyanuş Aslani ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 4-cü bölümünə köçürüldüyünü bildirib. Fəal həmçinin qeyd edib ki, birlikdə tutulduğu Təhid Əmir Əminini sonuncu dəfə saxlandığı gün …

Davamı...

Parsabadda “Qırx pillə” şəllaləsinin adı farsca sözlə dəyişdirilib

Muğanın Parsabad şəhərində türk dilində “Qırx pillə” şəlaləsi adlanan yerin adı fars dilinə tərcümə edilərək “Çehel pelle” sözü ilə dəyişdirilib. Məlumata görə, Mədəni İrs Təşkilatı artıq həmin məkanda təhrif edilmiş adla lövhə quraşdırıb. Yerli əhali coğrafi və məntəqə adlarının başqa dilə tərcümə edilməsini təhrif və yanlış əməl adlandıraraq quraşdırılan lövhənin …

Davamı...

Azərbaycanlı çempion qazandığı medalları selə məruz qalan türkmənlərə bağışlayıb

Güləş üzrə çempion, azərbaycanlı məşhur idmançı Mustafa Quluzadə qazandığı qızıl, gümüş və bürünc medallarını “Türkmən səhra” sel bölgəsinin əhalisinə bağışlayıb. Marağalı idmançı çərşənbə günü “Qonbəd Kavus”da medallarını təbii fəlakətlərdən zərərçəkənlərə təqdim edərkən Gülüstan Əyalətində sel fəlakətinin baş verməsindən çox təsirləndirini bildirib. Güləşçi ölkə üzrə keçirilən yarışlarda əldə etdiyi medalların sel …

Davamı...

Əhər və Herisin millət vəkili: Gənclərin işsizlik böhranı dövlət orqanlarının düzgün çalışmaması ilə bağlıdır

Güney Azərbaycanın Əhər və Heris şəhərlərinin İran parlamentindəki millət vəklili Beytullah Abdullahi təmsil etdiyi bölgədə işsizlik, sərmayə yatırımı və kənd təsərrüfatı sahəsində olan problemlərlə bağlı bir çox məsələyə toxunub. Bu barədə “Mehr” xəbər agentliyinə danışan millət vəkili vurğulayıb ki, hökumət kiçik şəhərlərdə sərmayə yatırmaq üçün iş adamlarına dəstək vermir. “Şərqi …

Davamı...

Təbrizdə avtobusların gediş haqqı qalxır

Təbrizdə şəhər daxilində sərnişin daşıyan avtobuslarda gediş haqqı bahalaşıb. Bu barədə Təbriz Şəhərdaxili Avtobus Nəqliyyatı Şirkəti məlumat yayıb. Bildirilib ki, yeni qiymətlər aprelin 5-də qüvvəyə minəcək. Şirkətin yeni il (İranda yeni il Novruz bayramından başlayır) üçün açıqladığı elanda marşrut avtobuslarında gediş haqqının qiyməti ötən illə müqayisədə 36 faiz qalxıb. Təbriz …

Davamı...

Güney Azərbaycan yolları can almaqda davam edir

Güney Azərbaycanın müxtəlif bölgələrində son iki gün ərzində bir neçə ağır yol qəzası baş verib, hadisə nəticəsində ölən və xəsarət alanlar var. Ərdəbil Əyalətinin şimal bölgəsində Meşginşərdən Germiyə gedən yolda “Suzuki” və “Pejo” markalı minik avtomobilləri toqquşub, hadisə nəticəsində sərnişinlərdən 2-i ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. …

Davamı...

Həmədan Əyaləti: Aramsız yağan qar və yağış tarixi abidəni dağıdıb

Aramsız yağan qar və yağış Həmədan Əyalətində ciddi fəsadlar törədib. Aprelin 1-də yayılan məlumata görə, güclü yağıntılar Məlayer şəhərində yerləşən “Mir Fəttah Soyuducusu” adlı tarixi abidəni dağıdıb. Şahidlərin dediyinə görə, artıq abidə tanınmaz hala gəlib, onun əsas hissəsi sıradan çıxıb. Günbəz şəklində olan “Mir Fəttah Soyuducusu” Məlayerdən Brucerdə gedən yolun …

Davamı...

“Traxtur”un şotlandiyalı hücumçusu yenidən yoxa çıxıb

Təbrizin “Traxtur” futbol komandasının şotlandiyalı hücumçusu ölkəsinə səfər etdikdən sonra yenidən Təbrizə qayıtmayıb. Bu, böyük ehtimalla klubla Li Heri Ervin arasında müqavilənin ləğv olunması ilə nəticələnəcək. 18-ci super liqa yarışlarının əvvəllərində Azərbaycan klubuna transfer edilən xarici futbolçu bir neçə yarışda  güclü oyun sərgilədi, lakin yarışların birinci yarısının yekunlaşmasına 3 həftə …

Davamı...

Həmədanda orta yaşlı kişinin bədən üzvləri bir neçə nəfəri həyata qaytarıb

Güney Azərbaycanda soydaşlarımız hər zaman humanizm prinsiplərinə sadiq qaldıqlarını müxtəlif formalarda nümayiş etdirməkdədir. Son məlumata görə, Həmədan şəhərində beyin ölümünə düçar olmuş bir azərbaycanlı kişinin bədən üzvləri orqana ehtiyacı olan xəstələrə köçürülüb. 46 yaşlı Əli Molayinin orqanları ailəsinin razılığı ilə xəstələrə bağışlanıb, bunun nəticəsində 8 nəfəri ölümdən qurtarmaq mümkün olub. …

Davamı...

Həmədan Əyaləti: Sel Əsədabadda 100-dən çox evə xəsarət vurub

Həmədan Əyalətinin Əsədabad şəhərində güclü yağışların səbəb olduğu sel və daşqınlar ciddi fəsadlar törədib. Bu barədə Əsədabad Şəhər İcra Hakimiyyətinin başçısı Kərim Həmidvənd bu gün “İrna” xəbər agentliyinə danışıb. “Əsədabad kəndlərinin bir çoxunu su basıb, onlardan bir neçəsi sel sularının əhatəsində qalıb. Hazırda Əliabad, Pirşəmsəddin, Kəvanic, Nəcəfabad, Ləklək, Qasimabad və …

Davamı...