Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 139)

Azərbaycan

Təbrizli kişinin bədən üzvləri iki nəfərin həyatını qurtarıb

Azərbaycan diyarında hər gün ülvi və insani dəyərlərin yaşadığına dəlalət edən müxtəlif faktlara rast gəlinir. Təbriz şəhərinin İmam Rza Tibb Mərkəzində beyin ölümünə düçar olan bir kişinin bədən üzvləri ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb. Bu barədə Tibb Mərkəzinin rəisi Məhəmməd Əlizadə mətbuata məlumat verib. “Həkimlər 38 yaşlı …

Davamı...

MHP-nin saytında İranın “Türkmən səhra” sel bölgəsinə laqeyd münasibəti haqda məqalə dərc olunub

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının mətbuat orqanı olan “Türkgün” saytında Güney Türkmənistan (“Türkmən səhra”) bölgəsində baş verən sel, İran dövlətinin təbii fəlakətlə üzləşən türkmənlərə qarşı laqeyd münasibəti və azərbaycanlıların türkmən qardaşlarına etdiyi yardımlarla bağlı məqalə dərc olunub. Dr. Elnur Paşanın müəllifi olduğu məqalədə İranda yaşayan millətlərə qarşı fərqli münasibət olduğu bildirilib. Müəllif  …

Davamı...

Ulduz Qasimi həbs cəzasını əvəz edən cəriməyə məhkum edilib

Azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən həbs cəzasını əvəz edən 50 milyon rial cərimə ödəməyə məhkum edilib. Azərbaycanlı fəal 2018-ci ilin noyabr ayında məhkəmə tərəfindən 1 il həbs cəzasına məhkum edilmişdir. “Herana” agentliyi bildirir ki, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin çıxardığı hökmə əsasən …

Davamı...

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Bu gün Azərbaycanlıların Soyqırımı günüdür. Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 101 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi …

Davamı...

Xarici İşlər Nazirliyi 31 mart soyqırımı ilə bağlı bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb. XİN-in mətbuat xidmətindən mətbuata açıqlanan bəyanatda deyilir: “31 mart tarixi, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür. 1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən Azərbaycanlılara qarşı irqi …

Davamı...

Bu Teleqram kanalı Azərbaycanın yardım karvanına edilən hücuma dəstək verdi – GÖRÜNTÜ

Xəbər verdiyimiz kimi, martın 28-də Urmiyə, Ərdəbil və Meşginşəhrdən (Xiyav) “Türkmən səhra” sel bölgəsinə göndərilən yardım karvanı Gilanda irqçilərin hücumuna məruz qalıb, buna maşının üzərindəki türk dilində yazılmış banner səbəb olub. Təhlükəsizlik orqanları təbii fəlakətdən əziyyət çəkənlərə yardıma gedənlərin bıçaqla təhdid olunmasına göz yumduğu bir vaxtda, bir Teleqram kanalı hücumçuları …

Davamı...

Məsud Pezeşkiyan Tehranda Qarabağla bağlı plakat qaldırılmasını növbəti dəfə tənqid edib

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olmuşdur. Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan bu məsələyə növbəti dəfə münasibət bildirib. …

Davamı...

İrqçilərdən azərbaycanlılar və selə məruz qalan türkmənlərin ünvanına nifrət dolu sözlər

“Türkmən səhra” bölgəsinin türkmən əhalisi sel böhranı içində olduğu bir vaxtda irqçilər tərəfindən təhqir edilir, ünvanına nifrət dolu sözlər yazılır. Oxşar ifadələr sosial şəbəkələrdə selə məruz qalan türkmənlərə yardım göstərdiyinə görə Azərbaycan türkləri barəsində yazılır. Fars irqçiləri təbii fəalakətdən əziyyət çəkənlərə yardım etmək yerinə irqçi mövqe ilə çıxış edirlər. Onlar …

Davamı...

Qaşqay türklərinin topladığı yardımlar sel fəlakətindən əziyyət çəkən türkmənlərə göndərilib – GÖRÜNTÜ

Qaşqay türklərinin fəalları selə məruz qalan qardaş türkmən əhalisi üçün toplanan əşya və qida məhsullarını təbii fəlakət bölgəsinə göndərib. “Ocaq Mədəniyyət Dərnəyi”nin Qaşqay türklərindən topladığı yardımlar cümə axşamı günü bölgəyə göndərilib. Azərbaycan şəhərlərində olduğu kimi Qaşqay və Xorasan türklərinə mənsub fəallar da “Türkmən səhra” sel bölgəsinə göndərmək məqsədi ilə yardım …

Davamı...

İrqçilər azərbaycanlıların “Türkmən səhra” sel bölgəsinə göndərdiyi yardım karvanına bıçaqla hücum ediblər – Gilanda

Bir neçə gündür dağıdıcı selə məruz qalan “Türkmən səhra” bölgəsinə dövlət tərəfindən təxminən yardım edilmir. Belə bir vəziyyətdə Azərbaycan şəhərlərindən yardım toplanaraq təbii fəlakətdən zərərçəkənlərə göndərirlir, lakin yardım karvanının bölgəyə çatması üçün bir çox maneçilik yaradılır. Məlumata görə, martın 28-də Urmiyə, Ərdəbil və Meşginşəhrdən (Xiyav) sel bölgəsinə göndərilən yardım karvanı …

Davamı...