Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan (page 152)

Azərbaycan

Tehranda “Qarabağ Ermənistanındır” plakatı ilə bağlı İran səfirliyindən açıqlama / “Traxtur” tərəfdarları etiraza hazırlaşır

İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün baş tutduğu məkan erməni klubudur. Bu səbəbdən həmin klubda qadınlar başıaçıq otura bilərlər. Bu sözləri Axar.az-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Əli Musəvi İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə …

Davamı...

Meşginşəhrin 11 su terapiyası kompleksi bağlanılıb

Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül su terapiyası komplekslərindən də yan keçməyib, məntəqənin 11 su terapiyası kompleksi su pulunu ödəyə bilmədiyi üçün bağlanıb. Bu barədə Meşginşəhr (Xiyav) prokuroru Tahir Rəsuli jurnalistlərin qarşısında çıxış zamanı məlumat verib. “Ərdəbil Əyalətinin Məntəqə Su Şirkətinin şikayəti əsasında Meşginşəhrdə 11 su terapiyası kompleksi möhürlənib. Buna …

Davamı...

Marağa Universitetinin öyrəncisi türk dili ixtisasını tələb etdiyi üçün təhdid edilib

Türk dili və ədəbiyyatı ixtisasının Marağa Universitetində yaradılmasını tələb edən öyrəncilərdən biri universitetdən uzaqlaşdırılmaqla təhdid edilib. Salar Sərkəşi bununla bağlı imzatoplama kampaniyası təşkil edən öyrəncilərdən biri kimi, universitetin təhlükəsizlik bölümünün (Hərasət) təhdidi ilə üzləşib. Ona bildirilib ki, universiteti tərk etmək üçün lazımi işləri 48 saat ərzində etməli və ali təhsil …

Davamı...

Həştrud-Marağa yolunda yol qəzaları nəticəsində ölənlərin sayı artıb

Güney Azərbaycan yolları can almaqda davam edir. Həştrud Şəhər İcra Hakimiyyətinin başçısı Həştrud-Marağa yolunda baş verən yol qəzalarında ölənlərin sayının daha da artığını bildirib. Bu barədə Əmin Əminiyan Trafik Şurası və Güvənlik Komitəsinin keçirdiyi iclasda çıxışı zamanı danışıb. “Ölümlə nəticələnən yol qəzalarının sayı baxımından Şərqi Azərbaycan 3-cü, Həştrud isə 1-ci …

Davamı...

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin nədə ittiham olunduğu açıqlandı: 4 yeni ittiham

Ərdəbilin İnqilab Məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 4 ittihamla üzləşdiyini açıqlayıb. Fəalın hakim Nonəhal tərəfindən 1) Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək 2) Milli təhlükəsizliyə qarşı təhdid yaratmaq 3) Qanunsuz qrup yaratmaq və 4) Sistemin əleyhinə təbliğat aparmaq, kimi qondarma ittihamlarla üzləşdiyi bildirilir. Bu barədə Abbas Lisani fevralın …

Davamı...

Ərdəbildə məhkəmə dosyelərinin yalnız 10 faizinin vəkili var

Ərdəbil prokurorluğunun vəkillər kollegiyasının rəisi Əlirza Lütfi əyalət məhkəmələrində vətəndaşların haqlarının tapdalanmasından nigaranlığını bildirib. O bu barədə fevralın 26-da keçirdiyi mətbuat konfransında danışıb. “Təəssüflər olsun ki, Ərdəbil əyalətində məhkəmə dosyelərinin yalnız 10 faizinin vəkili var. Bu məsələ xüsusi nigaranlıq doğurur, ona gərə ki, vəkilin olmaması şikayət  tərəflərin hüquqlarının pozulmasına səbəb …

Davamı...

“Traxtur” ən çox tərəfdarı olan super liqa komandasıdır

Güney Azərbaycanın “Traxtur” futbol komandası tərəfdarlarının sayı baxımından İran üzrə birinci yerdədir. Bu barədə “Varzesh11” futbol saytı məlumat yayıb. Saytın yaydığı bir araşdırmada qeyd olunub ki, İran super liqasının 19-cü həftəsində çempionluq şansı olan klublar təxminən məlum olub. Hazırda Təbrizin “Traxtur” komandası 34 xalla turnir cədvəlinin 5-ci yerindədir və super …

Davamı...

Xocalı soyqırımından 27 il ötür

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 …

Davamı...

Təbrizdə aşıqlar musiqisi və ədəbiyyatı yığıncağı keçirilib

Təbrizin Qədir mədəniyyət evində 28-ci aşıqlar musiqisi və ədəbiyyatı yığıncağı keçirilib. Bu barədə Şərqi Azərbaycan İncəsənət Qurumunun icraçı direktoru Məhəmməd Hüseyn Bulaği mətbuata məlumat verib. “Əyalətin incəsənət qurumu 3 il əvvəl aşıqlar musiqisi və ədəbiyyatı silsilə proqramlarına başlayıb, fevralın 25-də artıq 28-ci yığıncaq həyata keçirildi. Ümid edirəm ki, Şərqi Azərbaycan …

Davamı...

Azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar 5 günlük aclıq edən azərbaycanlı siyasi məhbuslar aclıq aksiyasını dayandırıb. Fevralın 20-dən aclıq edən 5 siyasi məhbus fevralın 24-ü axşaam saatlarında aksiyaya son qoyub. Ötən günlərdə bir qrup siyasi məhbus bəyanat yayaraq Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq aksiyası keçirəcəklərini açıqlamışdır. Fəallar İranda …

Davamı...