Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan (page 154)

Azərbaycan

Təbrizdə aşıq sənəti ilə bağlı yeni musiqi aləti təqdim olunub – GÖRÜNTÜ

Güney Azərbaycanın Təbriz şəhərində tanınmış güney azərbaycanlı ustad aşıq Çingiz Mehdipur tərəfindən yaradılan yeni musiqi alətinin təqdimat mərasimi keçirilib. Cümə axşamı günü keçirilən mərasimdə yeni hazırlanan alətin “Sazbas” adlandırıldığı bildirilib. Mərasimdə ustad Çingiz Mehdipur hazırladığı müsiqi aləti barədə geniş çıxış edib. ““Dalğa” musiqi qrupu yarandıqdan sonra aşıq sazından fərqlənən bir …

Davamı...

İran televiziyasında ari irqinin üstün olduğu vurğulandı! – VİDEO

İranda irqçiliyi təbliğ edən televiziya verilişlərinin ardı-arası kəsilmir. Dövlətin 3-cü telekanalında yayımlanan bir müsabiqədə “Arya (ari) irqi, ağların üstün irqi” olduğu bildirilib, bu məsələ qeyri-fars millətlərinə mənsub insanların kəskin etirazına səbəb olub. Dövlət televiziyasında yayımlanan “Cədvəl müsabiqəsi” adlı proqramın aparıcısı telefon vasitəsi ilə qatılan iştirakçıya “ən yaxşı ağ irq hansıdır?” …

Davamı...

Beynəlxalq Ana Dili Günü; Meşginşəhrdə şagirdlərə türkcə kitablar hədiyyə edilib / Ərdəbildə əsnaflar da kitab paylama kampaniyasına qoşulub

Güney Azərbaycan şəhərlərində 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə kitab paylama kampaniyası davam etdirilir. Məlumata görə, Meşginşəhr (Xiyav) şəhərində məktəblərdə şagirdlərə çox sayda türkcə kitablar hədiyyə edilib. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən kitabların paylanması müəllimlər, şagirdlər və onların valdeyinləri tərəfindən alqışlanıb. Kitab paylama kampaniyası ötən günlərdə Ərdəbil, Tehranın …

Davamı...

Beynəlxalq Ana Dili Günü münasibəti ilə posterlər paylanılıb – Tehranın Gülüstan şəhərində / GÖRÜNTÜ

Güney Azərbaycan şəhərlərində olduğu kimi Tehran Əyalətində də Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbirlər həyata keçirilir. Son məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Gülüstan (Sultanabad) şəhərində əhali arasında çox sayda poster paylayıb. Bundan əlavə, şəhərin müxtəlif məntəqələrində divarlara poster yapışdırıldığı bildirilir. Posterlərdən birində qeyd olunub ki, qeyri-fars millətləri nəinki yalnız …

Davamı...

Təbrizdə Beynəlxalq Ana Dili Günü mnasibəti ilə bildiriş vərəqələri paylanılıb

Xəbər verdiyimiz kimi, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu gün, ana dilində təhsil almasına qadağa qoyulan millətlər üçün daha böyük əhəmiyyət daşıyır. Ötən günlərdə Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər təşkil olundu. Təbriz şəhərində həyata keçirilən tədbirlərdən biri də şəhərdə minlərlə …

Davamı...

Urmiyədə divarlara Abbas Lisaninin azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb

Ötən ay Təbrizdə saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar səngimək bilmir. Son məlumata görə, Urmiyə şəhərində tanınmış fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasına etiraz edən soydaşlarımızın sayı gün keçdikcə artır. Bu məqsədlə şəhərin müxtəlif küçə və xiyabanlarında divarlara Abbas Lisaniyə dəstək məqsədi ilə posterlər yapışdırılıb. Posterlərdə …

Davamı...

Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Türk dili və kimlik böhranı” kitabı paylanılıb – Zəncanda

GünAz TV: Zəncan da daxil olmaqla Güney Azərbaycan şəhərlərində Beynəlxalq Ana Dili Günü ərəfəsində müxtəlif tədbirlər həyata keçirilib. Son məlumata görə, Zəncan şəhərində azərbaycanlı milli-mədəni fəallar tərəfindən yüzlərlə “Türk dili və kimlik böhranı” adlı kitab paylanılıb. Tanınmış yazıçı Həsən Raşidinin müəllifi olduğu kitab Zəncan bazarı və şəhərin mərkəzi xiyabanlarında yayılıb. …

Davamı...

Azərbaycanlı siyasi məhbuslar Beynəlxalq Ana Dili Günü münasibəti ilə aclıq edib, Ərdəbil və Qoşaçayda türkcə kitablar paylanılıb – VİDEO / GÖRÜNTÜ

Güney Azərbaycanda 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir. Məlumata görə, Ərdəbil və Qoşaçay şəhərlərində məktəblərdə şagirdlərə çox sayda türkcə kitablar hədiyyə edilib. Azərbaycanlı milli-mədəni fəallar tərəfindən kitabların paylanması müəllimlər, şagirdlər və onların valdeyinləri tərəfindən alqışlanıb. İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəallar isə …

Davamı...

Marağa Universitetinin öyrənciləri türk dili və ədəbiyyatı ixtisasının yaradılmasını tələb edib

Güney Azərbaycanda Marağa Universitetinin öyrənciləri imzatoplama kampaniyası keçirərək təhsil müəssisəsində türk dili və ədəbiyyatı ixtisasının yaradılmsını tələb ediblər. Əldə etdiyimiz məlumata görə, bu tələb 900-dən çox türk öyrənci tərəfindən irəli sürülüb. Məktub imzalarla birlikdə fevralın 20-də universitet rəhbərliyinə təqdim olunub. İnformasiyaya görə, öyrəncilərin müraciəti universitet rəhbərliyi tərəfindən səlahiyyətli orqanlara göndəriləcək. …

Davamı...

Beynəlxalq Ana Dili Günü ilə əlaqədar divarlara şüarlar yazılıb – Ərdəbildə

Xəbər verdiyimiz kimi, bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. Güney Azərbaycanda bu önəmli gün münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir. Ərdəbil şəhərində məktəblərin binasına ana dilində təhsil tələbi ilə şüarlar yazılıb. Azərbaycanlı fəallar divarlara qrafit texnikası ilə “Bizim ana dilimiz türkcədir” şüarı kimi sözlər yazıblar. Soydaşlarımız bununla …

Davamı...