Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “Sepah”ın bu ölkənin İraqda yerləşən iki bazasına təşkil etdiyi raket hücumuna qarşılıq olaraq İrana qarşı yeni sanksiyaların qəbul edilməsini təsdiqləyib. O qeyd edib ki, rəsmi Vaşinqton onsuzda ağır olan sanksiyaları daha da artırıb. Tramp yeni sanksiyaların detalları barədə geniş açıqlama verməyib. ABŞ prezidenti yanvarın …
Davamı...Qasım Süleymaninin ölümü- İranın “əfsanəvi general” propaqandasının süqutu
1998-ci ildən “Sepah”ın Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymani daha öncələr adı tez-tez hallanmayan və fəaliyyətləri əsasən gizli saxlanılan iranlı hərbçilərdən biri idi. Lakin Suriyada vətəndaş müharibəsinin başlanmasının ardınca İranın bu ölkənin daxili işlərinə qarışması, Əsəd rejiminə hərbi və maddi yardım göstərməsi, eləcə də İŞİD terror təşkilatının meydana çıxması rəsmi …
Davamı...Pentaqon: “Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən hücum prezident Trampın əmri ilə gerçəkləşdirilib”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (Pentaqon) yanvarın 3-də bəyanat yayaraq, “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin Amerika hərbi hava qüvvələrinin raket hücumunda öldürülməsinə münasibət bildirib. Bəyanatda bildirilir ki, Amerika rəsmilərini qətlə yetirmək niyyətində olan terror başçısı Qasım Süleymani öz planını gerçəkləşdirməkdən əvvəl məhv edilib: “Amerika Birləşmiş Ştatlarının …
Davamı...“Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Bağdadda öldürülüb – FOTOLAR və VİDEO
“Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani Amerikanın hərbi helikopterlərinin Bağdadda həyata keçirdiyi raket hücumunda öldürülüb. Hadisə, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında baş verib. Həşdəş-Şəbinin bir neçə rəhbəri ilə birlikdə hərəkət edən Qasım Süleymani Amerikanın hərbi hava qüvvələrinin raket hücumuna məruz qalıb. Hücum nəticəsində, Qasım …
Davamı...Tramp: “İran hərbi və diplomatik mərkəzlərimizə qarşı hər hansı bir hücuma görə məsuliyyət daşıyacaq. Bu xəbərdarlıq deyil, təhdiddir”
ABŞ prezidenti Donald Tramp dekabrın 31-də Florida ştatında jurnalistlərə açıqlamasında və “Twitter”də yaydığı bir yazıda İranı Amerikanın İraqdakı hərbi mərkəzlərinə və diplomatik korpuslarına qarşı hücumların təşkilində günahlandırıb. Trampın açıqlaması, İranın dəstəklədiyi “Həşdəş-Şəbi” terror qruplaşmasının ABŞ-ın Bağdadın “yaşıl zonası”nda yerləşən səfirliyinə qarşı hücumundan az sonraya təsadüf edib. Tramp jurnalistlərdən birinin İranla …
Davamı...Xamneyinin quldur dəstə başçılarından olan Hani Korde naməlum şəxslərin hücumunda bıçaqlanaraq öldürülüb- VIDEO
İranda baş verən son etirazlarda xalqa qarşı divan tutulmasında və etirazçılara qarşı qanlı repressiyalarda iştirak edən və “dini lider” Əli Xamneyinin quldur dəstə başçılarından olan Hani Korde Tehranda naməlum şəxslərin hücumuna məruz qalaraq öldürülüb. Sosial mediada yayılan xəbərlərə əsasən, hadisə dekabrın 23-ü axşam saat 00:22-də baş verib. Tehranın məşhur dələduz …
Davamı...Reuters: “Xamneyinin göstərişi ilə etirazlarda 1500 nəfər qətlə yetirilib”- Araşdırma- FOTO- VİDEO
Reuters xəbər agentliyi İranın “dini lider”i Əli Xamneyinin ölkəni bürüyən son etirazlar zamanı təhlükəsizlik qüvvələrinə nəyin bahasına olur-olsun, etirazçıları dayandırmaqla bağlı verdiyi göstərişi ifşa edib. Xamneyinin ətrafından olan 3 nəfərin, eləcə də digər 1 iranlı rəsminin dediklərinə əsasən, etirazlar başlayandan bir neçə gün sonra o, gərgin və narahat olub. Buna …
Davamı...BMT Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ötən gün İranda insan haqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib. Qətnamə layihəsi daha öncə noyabr ayında BMT-nin 3-cü komitəsində qəbul edilmişdi. Qətnamə 81 lehinə, 30 əleyhinə və 70 neytral səslə qəbul edilib. Rusiya, Ermənistan, Çin, Hindistan, Oman, Suriya, Kuba, Şimali Koreya, Əfqanıstan, Pakistan, Flippin, …
Davamı...İran Rusiyanın Rosatom şirkətinin Fordo nüvə zavodunda fəaliyyətini dayandırmasına münasibət bildirib
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi Rusiyanın Rosatom şirkətinin Fordo nüvə kompleksində fəaliyyətini dayandırmasına münasibət bildirib. O bildirib ki, rəsmi Tehran rusların Amerika Birləşmiş Ştatlarının İranla sivil nüvə sahəsində əməkdaşlıq edən şirkətlərə verdiyi güzəştləri uzatmadığına görə layihələrin icrasını dayandırdığını düşünmür. “Rosatom kompleksin modernləşdirilməsi və yenidən qurulması sahələrində icra etdiyi …
Davamı...İran rejiminin Mahşəhrdə etirazçılara qarşı ağır hərbi silah və texnikadan istifadə etməsi barədə yeni kadrlar yayılıb – VİDEO
İran molla rejiminin Xuzistan əyalətinin Mahşəhr şəhərində keçirilmiş son etirazlarda dinc əhaliyə qarşı törətdiyi qətliam və etirazçılara qarşı ağır silah və hərbi texnikadan istifadə etməsi barədə yeni kadrlar yayılıb. Ölkədə internetə qoyulan məhdudiyyətin tədricən aradan qaldırılmasının ardınca yayılan yeni bir videoda, İran rejimin hərbi qüvvələri silahlı polis və təhlükəsizlik qüvvələrinin …
Davamı...