Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / İran (page 6)

İran

Netanyahu: “İran rejimi İsrailə qarşı addımlar atmaqla, özünü məhvə sürükləyir”

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi İsrailə qarşı addımlar atmaqla, özünü məhv olmaq təhlükəsi ilə üzüzə qoyur. Netanyahu İranın İsrail vətəndaşlarının təhlükəsizliyinə qarşı təhdid yaratdığını deyib. O, Donald Trampın 5+1 ölkələri ilə rəsmi Tehran arasında imzalanmış nüvə razılaşmasından çıxmasını bir daha doğru addım adlandırıb. “Amerika Birləşmiş Ştatları …

Davamı...

Amerikalı rəsmilər İranın onlara qarşı tətbiq etmək istədiyi sanksiyaları ələ salıblar

İran parlamentində amerikalı rəsmilərə qarşı sanksiya tətbiq etməyi nəzərdə tutan qanun layihəsinin müzakirə edilməsiylə bağlı xəbərlərə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və respublikaçı senator Ted Kruz münasibət bildirib. Ted Kruz öz şəxsi “Twitter” səhifəsində yazdığı statusda İranın ona sanksiya tətbiq edəcəyi ilə bağlı xəbərləri ələ salaraq …

Davamı...

Pompeo: “İranın neft gəlirləri Qasım Süleymani və Sepah tərəfindən terrora xərclənir”

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranın neft satışından əldə etdiyi gəlirlərinin “Qüds Briqadası”nın rəhbəri Qasım Süleymani və “Sepah” terror təşkilatı tərəfindən terrorçuluğa sərf edildiyini bildirib. O, bu sözləri “Fox News” telekanalı ilə Cəbəli-Tariqin İrana məxsus saxladığı tankeri azad etməsi ilə bağlı müsahibəsi zamanı deyib. Cəbəli-Tariq rəhbərliyinin bu …

Davamı...

Amerika məhkəməsi İranın “Grace 1” neft tankerinin yenidən saxlanmasına qərar verib

Ay yarımdır Cəbəllüttariqdə saxlanılan İranın “Grace 1” adlı neft tankerinin azad edilməsindən bir gün sonra Amerika məhkəməsi terrorizmə yardımda günahlandırılan gəminin yenidən saxlanmasına qərar verib. Bu barədə, Amerikanın Maliyyə Nazirliyi avqustun 16-da bəyanat yayıb. Bildirilir ki, Amerika Birləşmiş Ştatları hökumətinin şikayətindən sonra Kolombiya məntəqəsinin baş prokuroru Cessi Lyu 2 milyon …

Davamı...

Böyük Britaniya körfəzdə təhlükəsizliyi təmin etmək üçün Amerikanın hərbi koalisiyasına qoşulacağını rəsmən elan edib

Böyük Britaniya hökuməti körfəzdə naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün Amerikanın başçılıq etdiyi hərbi koalisiyaya qoşulacağını rəsmən elan edib. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Rab avqustun 5-də bəyanat yayıb. O bildirib ki, rəsmi London körfəzdə gəmilərin sərbəst hərəkətini və onların təhlükəsizliyini təmin etmək məqsədilə Amerika ilə əməkdaşlıq edəcək: …

Davamı...

“Brexit”dən sonra Britaniya Rusiya və İrana qarşı ittifaq yaradacaq

Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra Avropada olmayan ölkələrlə iqtisadi əlaqələri gücləndirmək, həmçinin Rusiya və İrana qarşı mübarizə üçün yeni bir koalisiya yaratmaq niyyətindədir. “Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab söyləyib. Raab ümid edir ki, yeni ittifaq İranın təhdid dolu davranışlarına və Rusiyanın Avropadakı …

Davamı...

Amerika Məhəmmədcavad Zərifə sanksiya qoyub

Amerika Maliyyə Nazirliyi iyulun 31-də bəyanat yayaraq, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə sanksiya qoyduğunu bildirib. Nazirliyin bəyanatında bildirilir ki, Zərifə sanksiya, prezident Donald Trampın 24 iyunda imzaladığı 13876 saylı fərmanına əsasən tətbiq edilir. Həmin fərmana əsasən İranın dini lideri Əli Xamneyiyə, onunla əlaqədə olan digər şəxslərə, o cümlədən də …

Davamı...

Azərbaycan sərhəçiləri İran dənizçilərini xilas edib – VİDEO

İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb. Batmadan əvvəl gəminin 9 nəfərdən ibarət olan ekipajı Azərbaycan sərhəçiləri tərəfindən xilas edilib. “Report” “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir.  Cümə günü Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” …

Davamı...

Tramp: “İran dünyada ən böyük terror dövlətidir”

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran rejimini dünyada dövlət terroru həyata keçirən ən böyük rejim adlandırıb. O, Pakistanın baş naziri İmran Xanla birgə keçirdiyi mətbuat konfransında rəsmi Tehranla Vaşinqton arasında baş verən son gərginliklərə toxunub və artıq İranla anlaşma əldə etməyin hər keçən gün daha da çətinləşdiyini deyib. ABŞ …

Davamı...

Rəsmi Londondan İrana xəbərdarlıq: “İran neft tankerimizi dərhal azad etməsə, bunun ona ciddi və ağır nəticələri olacaq”

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 19-da jurnalistlərə açıqlamasında bu ölkəyə məxsus “Stena İmpero” neft tankerinin körfəzdə “Sepah” qüvvələri tərəfindən saxlanılmasına kəskin reaksiya verib. O bildirib ki, əgər İran Böyük Britaniyanın bayrağı altında üzən “Stena İmpero” neft tankerini dərhal azad etməsə, bu əməlinin ciddi nəticələri ilə üz-üzə qalacaq: …

Davamı...