Şənbə , 4 May 2024
Ana səhifə / Dünya / İsraildə seçkinin yekun nəticələri açıqlandı

İsraildə seçkinin yekun nəticələri açıqlandı

İsrail Mərkəzi seçki Komissiyası Benyamin Netanyahunun sədrlik etdiyi “Likud” partiyasının parlament seçkisində 36 yer qazanaraq birinci olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, Netanyahunun rəqibləri Mavi-Ağ İttifaqın üzvləri 120 yerli parlamentdə 35 yer qazana biliblər. Aviqdor Libermanın sədrlik etdiyi “İsrail evimiz” partiyası 5 yer ala bilib.

İsrailli ərəblərin partiyası “Ərəb İttifaqı” 6 yer, sol yönlü “Meretz” partiyası 5 yer qazana bilib.

Seçki nəticələrinə görə, ultra-sağ cinahın 65 deputatla təmsil olunduğu parlamentin hökumət qurmaq imkanı böyük görünür.

Mavi-Ağ İttifaqın iki liderindən biri olan Benni Qantz nəticələrin açıqlanmasından sonra “Netanyahu ultra-sağ tərəfdarları ətrafında topladı, hökuməti quracaq, nəticə budur. Seçkilərin nəticələri nəzərə alınarsa həqiqət budur” – demişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir