Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Dünya / Misirin keçmiş prezidenti məhkəmə salonunda dünyasını dəyişib

Misirin keçmiş prezidenti məhkəmə salonunda dünyasını dəyişib

Misirin demokratik seçkilərlə seçilən ilk prezidenti Məhəmməd Mürsi məhkəmə salonunda dünyasını dəyişib.

Misir mediyasının yaydığı xəbərə əsasən, 68 yaşlı keçmiş prezident məhkəmədə çıxış edib və məhkəmə prosesi başa çatdıqdan sonra dünyasını dəyişib.

Ölkənin baş prokuroru Nabel Sadıqın sözlərinə görə, Mursi iclaslararası fasilə zamanı dəmir qəfəsin içində yıxılıb və huşunu itirib. Bundan bir neçə dəqiqə əvvəl keçmiş prezident hakim qarşısında beş dəqiqəlik çıxış edib.

Huşunu itirdikdən sonra eks-prezident təcili xəstəxanaya çatdırılıb və onun ölümü də orada qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir