Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Dünya / Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf edir.

Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stiv Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda keçirilən konfransda deyib.

Səfir qeyd edib: “Azərbaycan ildən-ilə inkişaf edir və bu inkişaf bizi sevindirir”.

Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa xüsusi önəm verir:

“Ölkələrimiz xüsusən hərbi və enerji sahələrində sıx əməkdaşlıq edir, lakin son illər əməkdaşlığımız digər sahələrdə də genişlənir”.

İsrail səfiri Azərbaycanın tolerantlıq nümunəsi olduğunu da əlavə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir