Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Dünya / Şimali Koreya növbəti ballistik raket buraxıb

Şimali Koreya növbəti ballistik raket buraxıb

Şimali Koreya (KXDR) çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb.

Bu barədə “Report” NHK telekanalına istinadən xəbər verir.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, hazırda Yaponiyaya birbaşa heç bir təhlükə yoxdur.

Koreya Respublikası Qərargahları Rəisləri Komitəsinə istinad edən “Yonhap” agentliyinin məlumatına görə, raket buraxılışı Vonsan limanı ərazisində həyata keçirilib.

Hazırda raket sınağı ilə bağlı ətraflı informasiya verilmir. KXDR son zamanlar tez-tez kiçik mənzilli ballistik raketlərin sınağını keçirir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir