Şənbə , 4 May 2024
Ana səhifə / Dünya / Vaşinqton Xəlifə Həftardan Tripoliyə hücuma son qoyulmasını tələb edib

Vaşinqton Xəlifə Həftardan Tripoliyə hücuma son qoyulmasını tələb edib

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Xəlifə Həftardan Liviya (Libi) paytaxtı Tripoliyə hücuma son qoyulmasını tələb ed

“Report” RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib. 

Onun sözlərinə görə, ölkədə vəziyyətin sabitləşdirilməsində bütün tərəflər məsuliyyət daşıyır:

“Tripoliyə birtərəfli hərbi hücum mülki vətəndaşların həyatını təhlükəyə atmaqla yanaşı, liviyalıların xoşbəxt gələcəyinə olan perspektivləri tamamilə sıradan çıxarır” – sitatın sonu. 

M. Pompeo vurğulayıb ki, Liviya münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir