Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Dünya / Yerini deyənə 1 milyon dollar vəd olunan Üsamə bin Ladenin oğlu ölüb

Yerini deyənə 1 milyon dollar vəd olunan Üsamə bin Ladenin oğlu ölüb

Amerika Birləşmiş Ştatları (ABŞ) kəşfiyyatı “Əl-Qaidə” terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzənin öldüyü barədə məlumat əldə edib.

“Report” xəbər verir ki, bu barədə üç hökumət nümayəndəsinə istinadən NBC telekanalı məlumat yayıb.

Bununla belə onlar Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat verməkdən imtina ediblər.

ABŞ bu ilin mart ayında Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.

Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir