Şənbə , 14 Dekabr 2024
Ana səhifə / İran / Xamneyinin quldur dəstə başçılarından olan Hani Korde naməlum şəxslərin hücumunda bıçaqlanaraq öldürülüb- VIDEO

Xamneyinin quldur dəstə başçılarından olan Hani Korde naməlum şəxslərin hücumunda bıçaqlanaraq öldürülüb- VIDEO

İranda baş verən son etirazlarda xalqa qarşı divan tutulmasında və etirazçılara qarşı qanlı repressiyalarda iştirak edən və “dini lider” Əli Xamneyinin quldur dəstə başçılarından olan Hani Korde Tehranda naməlum şəxslərin hücumuna məruz qalaraq öldürülüb.

Sosial mediada yayılan xəbərlərə əsasən, hadisə dekabrın 23-ü axşam saat 00:22-də baş verib. Tehranın məşhur dələduz quldur və lümpenlərindən (latlarından) sayılan, ETTELAAT muzdlusu olan Hani Korde paytaxtın “Əli Baba” adlı dondurma satan mağazasının qarşısında cəzalandırılıb. Motosiklet sürən 6 naməlum şəxs, mağaza qarşısında avtomobilində oturub meyvə şirəsi içən məşhur quldura çoxlu sayda bıçaq zərbələri endirdikdən sonra hadisə yerindən qaçıblar.

Çoxlu qan itirən muzdur, xəstəxanaya çatdırıldıqdan az sonra keçinib. Hücumçuların kimliyi hələlik məlum deyil. Hadisə polis tərəfindən araşdırılır.

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox günahsız insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, yüzlərlə etirazçı itkin düşüb, Tehranda və digər şəhərlərdə 8600-dən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

VIDEO:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir