Cümə , 3 May 2024
Ana səhifə / Tag Archives: Ettelaat (page 2)

Tag Archives: Ettelaat

Güney azərbaycanlı fəal və müəllim müvəqqəti olaraq azadlığa buraxılıb

Güney azərbaycanlı fəal və müəllim Höccət İmami 300 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Fəal yanvarın 7-də Sayınqala şəhərində öz evində saxlanılaraq Urmiya şəhərinin Ettelaat İdarəsinə aparılmışdır. O yanvarın 8-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Urmiyaya aparıldığını və qeyri-müəyyən vəziyyətdə saxlandığını deyib. Fəal 3 həftə saxlandıqdan …

Davamı...

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar məhkəməyə çağırılıb

İranda 2019-cu il noyabr ayında benzinin bahalaşması ilə əlaqədar keçirilən kütləvi etirazlar zamanı bütün şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində çox sayda etirazçı, bəzən isə etirazlara qatılmayan insanlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı. Urmiyada saxlanılan soydaşlarımız arasında güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da olub. O yanvarın 15-də Qərbi Azərbaycan …

Davamı...

Güney azərbaycanlı fəal Həkimə Əhmədi həbsxanada aclıq aksiyası keçirir

Güney azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyası keçirir. Fəal “Marağa zindanında 544 gün müvəqqəti saxlanma qərarı və Ədliyyə İdarəsi məsullarının verdikləri vədlərin yerinə yetirilməməsi”nə etiraz olaraq aclığa başladığını bildirib. O artıq aclıq aksiyasının 4-cü günündədir. Azərbaycanlı fəal 15 aydır ki, qeyri-müəyyən vəziyyətdə saxlanılır. Bu vəziyyət Əhmədi ailəsinin …

Davamı...

Təxminən bir ay öncə saxlanılan Məlikan Bələdiyyə İdarəsinin sadə işçisindən xəbər yoxdur

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Məlikan şəhərində bir ay öncə Bələdiyyə İdarəsinin sadə işçilərindən biri Ettelaat əməkdaşları tərəfindən yaxalanıb, onun barəsində bu günədək hər hansı məlumat yoxdur. Babək Ağazadə dekabrın 16-da saxlanılaraq naməlum istiqmaətə aparılıb. Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə heç bir xəbər yoxdur. Bu vəziyyət Ağazadə …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin dördüncü məhkəmə iclası keçirilib

Həyatdaykən Məlikanın (Məlik kəndi) sözdə millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpurun qətl hadisəsini araşdıran güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin dördüncü məhkəmə iclası keçirilib. Yanvarın 8-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirilən məhkəmə iclasında Şərqi Azərbaycan Əyaləti Ettelaat İdarəsinin nümayəndəsi gözlənilməz şəkildə azərbaycanlı vəkili …

Davamı...

Güney azərbaycanlı öyrəncilər Darülşəfa qardaşlarının Evin zindanında saxlanması davam edir

Güney azərbaycanlı öyrənci Yaşar Darülşəfanın saxlanmasından 39 gün, qardaşı Kavənin isə 35 gün keçir, lakin onlar hələ də Tehranın Evin zindanının Ettelaat Nazirliyinə məxsus 209-cu korpusunda qeyri-müəyyən vəziyyətdə saxlanılır. Jurnalist və tərcüməçi Bəhmən Darülşəfayi bu barədə Twitter səhifəsində məlumat paylaşıb: “Yaşar 5 həftə, Kavə isə bir ay öncə saxlanılıb. Onların …

Davamı...

Güney azərbaycanlı öyrənci Mehdi Təməddün saxlanılıb

İran rejiminin son vaxtlar Güney Azərbaycanda başlatdığı yeni həbslər dalğası davam edir. Son məlumata görə, Təbrizdə Mehdi Təməddün adlı güney azərbaycanlı öyrənci saxlanılıb. O dekabrın 25-də Ettelaat əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Azərbaycanlı öyrəncinin hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Davamı...

Ötən günlərdə Məlikanda saxlanılan Babək Ağazadədən xəbər yoxdur

Güney Azərbaycanın Məlikan şəhərində Bələdiyyə İdarəsinin sadə işçilərindən olan Babək Ağazadə ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bu günədək onun vəziyyəti haqda heç bir məlumat yoxdur. Babək Ağazadə dekabın 16-da Məlikan Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqmaətə aparılıb. Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hər hansı məlumat …

Davamı...

Babək Hüseyni Müqəddəm Təbriz zindanına köçürülüb

İranda noyabr ayında keçirilən etirazlar zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Babək Hüseyni Müqəddəm Təbrizin Mərkəzi Zindanına köçürülüb. Onun zindana köçürülənədək Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandığı bildirilir. Fəalın saxlandığı bir ay müddətdə məsullar onun ailəsinə hər hansı məlumat verməkdən imtina etmişdir. Babək Hüseyni Müqəddəmin ailəsi 2019-cu il dekabrın 7-də fəalın …

Davamı...

Müctəba Pərvin Ərdəbil zindanından azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin məhkum edildiyi 3 aylıq həbs cəzası başa çatdıqdan sonra Ərdəbilin mərkəzi zindanından azadlığa buraxılıb. Azərbaycanlı fəal dekabrın 15-i günortadan sonra həbsxanadan sərbəst buraxılıb. Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan …

Davamı...