Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: İran

Tag Archives: İran

İranın Regional Terror Siyasətindən Qlobal Təhdid Siyasətinə Keçid Planı- Sadiq İsabəyli

Qonşu ölkələrə qarşı ”Müqavimət” adı altında aktivləşdirdiyi terror şəbəkələri ilə təhdid yaradan İranın xarici siyasətdə gündəmə gətirdiyi ”yaxşı qonşuluq” şüarı əslində ölkələrarası qarşılıqlı əməkdaşlıq kimi yox, qonşu ölkəlləri susdurmaq və imtiyaz əldə etmək cəhdi kimi dəyərləndirilməlidir. İranın xarici siyasətindəki aldadıcı və təzadlı mövqeyi bu günlərdə Avropada keçirilən Vyana görüşlərində də …

Davamı...

Şəbistərdə iş yerində baş verən qəzada iki nəfər həlak olub

Güney Azərbaycanda iş yerlərində ölümlə nəticələnən qəzaların ardı-arası kəsilmir. Martın 26-da Şəbistər şəhərində iş yerində baş verən qəzada iki fəhlə həyatını itirib. Məlumata görə, bədbəxt hadisə fəhlələr Şəbistərlə Vayqan qəsəbəsi arasında qazılan kanalda su borularını quraşdırarkən baş verib.   Ölümlə nəticələnən hadisəyə Şəbistər Qızıl Aypara Cəmiyyətinin rəisi Tağı Xəbbazi münasibət …

Davamı...

Məhsa Mehdili: Vilayət məsulları da Tehranın əmr quludurlar, əhalinin həyatına dəyər vermirlər – Müsahibə

Məhsa Mehdili İranın koronavirus təhlükəsinə qarşı mübarizə üçün yetərli imkanlara sahib olmadığını ifadə edir. “Amerikanın Səsi”nə danışan siyasi ekspertin sözlərinə görə, İslam Respublikası bu məhdud imkanları da ədalətli və düzgün bir şəkildə qiymətləndirmir. “İran rejimi ilk günlərdə virusun Qumda yayılmasını gizlətdi. Sırf buna görə ki, millət həm seçkilərə, həm İnqilabın …

Davamı...

Təbrizin millət vəkili və Ərdəbil Müsəlman Müxbirlər Dərnəyindən Azərbaycan Respublikasındakı radikal dinçilərə dəstək…

İranda müxtəlif siyasi və dini qurumların Azərbaycan Respublikasına qarşı müdaxiləsinin yeni dalğası başlayıb. Bu, radikal dinçi, “Hizbullah” terror təşkilatının Azərbaycan Respublikasındakı qolunun liderlərindən biri kimi tanınan Hacı İlhamın saxlanılmasından sonra baş verib. Müxtəlif mənbələr “Ağa Rəzəvi” adı ilə tanınan Hacı İlhamın ölkəsinə qarşı təxribat xarakterli təbliğat apardığını və sadəlövh gəncləri …

Davamı...

“Traxtur” klubu: Belə davam edərsə, komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcək

Güney Azərbaycanın “Traxtur” futbol klubu komandaya qarşı yol verilən ayrı-seçkiliklərə görə İran Teleradio Şirkətini kəskin tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcəyi barədə xəbərdarlıq edib. Bu barədə klubun Rəyasət Heyətinin rəisi Abbas İlyasi İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlayıb. “İdman şərhçiləri və …

Davamı...

Sadiq İsabəyli: Milli hərəkatın nüfuzunu artıq Güney xaricində də görürük – Müsahibə

Son vaxtlar İranda türklərə qarşı ayrıseçkilik və dil hüquqları mövzusu idman sahəsindən əlavə kino və incəsənət sahələrində də gündəmə gəlməyə başlayıb. “Amerikanın Səsi”nə danışan siyasi şərhçi Sadiq İsabəylinin sözlərinə görə, hakimiyyətin basqıları artdıqca Güney Azərbaycandakı milli hərəkatın nüfuz dairəsi də fərqli sahələr və fərqli bölgələrdə genişlənməkdədir. “Güney Azərbaycanda gedən milli …

Davamı...

GünAz TV-nin rəhbəri Əhməd Obalının Amerikanın radio şəbəkəsinə üçüncü Müsahibəsi

Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı Azərbaycan Respublikasında qarşıdan gələn növbədənkənar parlament seçkiləri və Güney Azərbaycan mövzusu ətrafında Amerikanın “Westwood Van Network” Radio Şəbəkəsinə danışıb. Aparıcı Con Bəçılır proqramın başlanğıcında Azərbaycan Respublikasında çox sayda gəncin namizədliyini irəli sürdüyü fevralın 9-da keçiriləcək parlament seçkilərindən söz açıb. Hazırda Azərbaycan paytaxtı …

Davamı...

23 deputat Cavad Zərifdən məhkəmə sisteminə şikayət edib- Süleymani ilə bağlı dediklərinə görə

İran Parlamentinin Kirmandan seçilmiş deputatı Məhəmmədrza Puribrahimi 23 millət vəkilinin Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifdən məhkəmə sisteminə şikayət etdiyini deyib. O, buna səbəb kimi Zərifin bir neçə gün öncə Almaniyanın “Şpigel” dərgisi ilə müsahibəsi zamanı Qasım Süleymaninin öldürülməsinə rəğmən, hələ də Amerika ilə müzakirə qapısının bağlanmadığını deməsini əsas göstərib. …

Davamı...

Əhməd Obalı: Reallıq budur ki, millət Amerikanın tərəfindədir – Müsahibə / VİDEO

Güney Azərbaycan televiziyasının təsisçisi Əhməd Obalı İranda son hadisələrlə bağlı “Amerikanın Səsi”nə müsahibə verib. Yanvarın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) yüksək rütbəli generalı Qasım Süleymanini öldürməsinə cavab olaraq İranın İraqda Amerika hərbi qüvvələrinin bazasına raket zərbələri endirməsindən sonra Birləşmiş Ştatlar və İran arasında münasibətlərdə gərginliyin artdığı şəraitdə sərnişinlərinin əksəriyyəti iranlılardan …

Davamı...

Ərdəbil Əyaləti – Biləsuvarda qeydə alınan nikahların sayı kəskin azalıb

İran və Güney Azərbaycanda ictimai problemlər getdikcə daha da geniş miqyas almaqdadır. Güney Azərbaycanın əksər əyalətlərində nikah və doğum azalır, boşanma və ölüm halları isə artır. Nikahların sayının kəskin azaldığı şəhərlərdən biri də Ərdəbil Əyalətində yerləşən Muğanın Biləsuvar şəhəridir. Lakin bu şəhərdə boşanma hallarının da azaldığı bildirilir. Bu barədə Biləsuvar …

Davamı...