Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Tag Archives: İran (page 7)

Tag Archives: İran

Divarlara azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb – Tehranda

İran paytaxtı Tehranda divarlara azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb. Şüarlar azərbaycanlı milli-mədəni fəallar tərəfindən martın 13-də yazılıb. Tehranın müxtəlif məntəqələrində rast gəlinən şüarlar arasında “Abbas Lisani azad olunsun”, “Lisani Azərbaycan millətinin səsidir”, “Ustad Rəhim Qulami azad olunsun”, “Azərbaycanlı siyasi məhbusları azad edin” və s. kimi sözlər …

Davamı...

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Bu gün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya (Otriş), İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə …

Davamı...

Xoy şəhərinin millət vəkili Tehranda ermənilərin qarabağla bağlı qaldırdığı qondarma plakata etiraz bildirib

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olub. Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy və Çaypara şəhərlərinin millət vəlili Tağı Kəbiri baş …

Davamı...

29 güneyli fəal Qarabağla bağlı plakata etiraz etdiyi üçün saxlanılıb

Xocalı soyqırımının ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılması güney azərbaycanlıların kəskin etirazına səbəb olub, bununla bağlı 29 nəfərin saxlandığı bildirilir. Məlumata görə, martın 2-də azərbaycanlı milli-mədəni fəal Yusif Sələhşur öz iş yerində təhlükəsizlik …

Davamı...

Məsud Pezeşkiyan və Məhəmməd Həsənnəjaddan Nikol Paşinyanın erməni icması ilə görüşü zamanı baş verən hadisələrə ETİRAZ

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılması əksər soydaşlarımızla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olub. Culfa və Mərənd əhalisinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad, N.Paşinyanla ermənilərin …

Davamı...

Türkiyə saytında dərc olunan məqalədə qeyd olunub: “İran Təbrizin bir yumruğu ilə dağılacaq”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının mətbuat orqanı olan “Türkgün” saytında Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın baş naziri Nikol Paşinyan və onu müşayiət edən yüksək rütbəli siyasi-iqtisadi nümayəndə heyətinin Tehrana rəsmi səfəri barədə məqalə dərc olunub. Dr. Elnur Paşanın qələmə aldığı məqalədə İran rəhbərliyinin işğalçı ölkənin baş nazirini belə bir gündə Tehranda …

Davamı...

Urmiyənin millət vəkili Xocalı qətliamının ildönümündə Nikol Paşinyanın Tehrana səfər etməsinə etiraz bildirib

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı qətliamının ildönümündə Tehrana səfər etməsinə etiraz edib. “Nəsr” xəbər agentliyinə danışan millət vəkili bu barədə İran Xarici İşlər Nazirliyinin cavabdehlik daşıdığını bildirib. “Dağlıq Qarabağ islam və Azərbaycanın torpağıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət …

Davamı...

Təbriz Ticarət Palatasının rəyasət heyətinin üzvü: Son 4 ildə Azərbaycanın iqtisadiyyatı 4 pillə geriləyib

Təbriz Ticarət Palatasının rəyasət heyətinin üzvü Güney Azərbaycanda iqtisadi durumun getdikcə pisləşdiyindən nigaranlığını bildirib. Son 4 ildə Azərbaycanın iqtisadiyyatında 4 pillə geriləmə olduğunu deyən Yunis Jaelə bu məsələnin bütün sahələrə təsir etdiyini bildirib. “İqtisadiyyatda ciddi geriləmə var. Bu tənəzzüldən dövlət, valilik, rəsmi idarələr və s. öz payını alıb. Bəzi ticarət …

Davamı...

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayıb

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti 21 Fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı bəyanat yayaraq İran rejiminin ölkədəki qeyri-fars dillərinə qarşı tətbiq etdiyi qadağanı pisləyib. “Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 20 il əvvəl 21 fevralı Beynəlxalq Ana Dili Günü kimi qəbul etdikdən sonra əksər ölkələrdə yerli və ana dilləri ilə …

Davamı...