Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Tag Archives: İran (page 4)

Tag Archives: İran

Germinin millət vəkili məktəblərdə “farsca yetərlilik” testinin tətbiq olunmasını inkar edib!

İran dövlətinin xəbər agentliyi “İrna” Güney Azərbaycan məktəblərində “farsca yetərlilik” testinin tətbiq olunmasını təsdiqlədiyi halda Germi şəhərinin parlamentdəki millət vəkili bu məsələni inkar edib. Himayət Mirzadə bu barədə “Məclis və Azərbaycan” agentliyinə danışıb: “Bu plan hələlik qanun kimi qəbul olunmadığı üçün onun elan və ya icra olunması mümkün deyil. Bu …

Davamı...

Xələc türklərinə mənsub araşdırmaçı alim: Xələc türkcəsi və mədəniyyəti yox olmaq ərəfəsindədir

 Xələc türklərinə mənsub araşdırmaçı alim və şair İran hökumətinin Xələc türkcəsinin qorunub saxlanılmasına laqeyd yanaşdığını tənqid edərək bu dil və mədəniyyətin sürətlə zəiflədiyini və yox olmaq ərəfəsində olduğunu bildirib. Bu barədə Əliəsğər Cəmrasi Qum Araşdırma Fondunun “Xələc türkcəsi ədəbiyyatı və tarixi” mövzusunda keçirdiyi tədbirdə çıxış edib. “Hal-hazırda xələclər Qum və …

Davamı...

Amerika Məhəmmədcavad Zərifə sanksiya qoyub

Amerika Maliyyə Nazirliyi iyulun 31-də bəyanat yayaraq, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə sanksiya qoyduğunu bildirib. Nazirliyin bəyanatında bildirilir ki, Zərifə sanksiya, prezident Donald Trampın 24 iyunda imzaladığı 13876 saylı fərmanına əsasən tətbiq edilir. Həmin fərmana əsasən İranın dini lideri Əli Xamneyiyə, onunla əlaqədə olan digər şəxslərə, o cümlədən də …

Davamı...

Təbrizə səfər edən Həsən Ruhani əhali ilə qarşılaşmaq istəməyib

Bu gün İran prezidenti Həsən Ruhani Təbrizə səfər edib. Əhalinin qarşısına çıxmaqdan çəkinən prezident dərhal helikopterlə Heris şəhərinə gedib, onun yerli məsullarla görüş keçirəcəyi gözlənilir. Siyasi ekspertlərin fikrinə görə, prezident azərbaycanlıların onun fəaliyyətindən narazı olduğunu bildiyi üçün, onlarla görüşmək istəməyib. Təbrizə bir günlük səfərə gələn prezidentin heç bir ümumi görüşü …

Davamı...

Təbrizdə “farsca yetərlilik” testinin tətbiqinə etiraz edən Bildiriş yayılıb – VİDEO

Güney Azərbaycanın Təbriz şəhərində İranın Təhsil Nazirliyinin tətbiq etdiyi “farsca yetərlilik” irqçi testinin tətbiq edilməsinə etiraz edən Bildiriş yayılıb. Güney azərbaycanlı fəallar tərəfindən hazırlanan Bildirişdə soydaşlarımız irqçilərin tətbiq etdiyi testə qarşı mədəni etiraza dəvət olunub. İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların …

Davamı...

“Marağa Rəsədxanası baxımsız vəziyyətdədir”

Güney Azərbaycanda tarixi Marağa Rəsədxanası dövlətin diqqətindən kənarda qalaraq baxımsız vəziyyətdədir. Turistlərin rəsədxanaya getmək üçün istifadə etdiyi yol belə təxrib olunub. Tarixi məkanda təcili olaraq təmir-bərpa işlərinə ehtiyac var. “Gənc Müxbirlər Klubu”nun yaydığı məlumata əsasən, Tehrandan Rəsədxananı görməyə gələn Həsənzadə adlı bir turist tarixi məkanın yolunun acınacaqlı vəziyyətdə olmasını kəskin …

Davamı...

Mədəni fəallar “farsca yetərlilik” testinə qarşı keçirilən Etiraz Kampaniyasında aktiv iştirak edib

Xəbər verdiyimiz kimi, dünən axşam İran Təhsil Nazirliyinin həyata keçirdiyi “farsca yetərlilik” testinə qarşı internetdə etiraz kampaniyası keçirilib.  İyulun 23-ü Təbriz vaxtı ilə saat 21:00-da başlayan Twitter fırtınası uğurla keçib. Qeyri-fars millətlərinə mənsub sosial şəbəkə istifadəçiləri və insan hüquqları fəalları bir neçə saat ərzində 3200-dən çox Twit paylaşaraq İran rejiminin …

Davamı...

“Farsca yetərlilik” testinə qarşı Etiraz Kampaniyasına başlanılır

Güney azərbaycanlı mədəni fəallar İran Təhsil Nazirliyinin həyata keçirdiyi “farsca yetərlilik” testinə qarşı etiraz kampaniyası keçirməyə hazırlaşır. İrqçi plana qarşı Twitter fırtınası iyulun 23-ü Təbriz vaxtı ilə saat 21:00-da başlayacaq. Etiraz kampaniyasına dəvət edənlər bildirib ki, hər kəs Twitter səhifəsində farsca yetərlilik və dil soyqırımı Hashtag-ını yazaraq kampaniyaya qoşula bilər. …

Davamı...

Bu həftə Çaldıranda keçirəcək mərasimə daha çox erməninin qatılacağı gözlənilir

Bu həftə Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsində keçiriləcək sözdə dini mərasimə minlərlə erməninin qatılacağı gözlənilir. İran Kilsələri Dünya İrsi Mərkəzinin rəisi Şerli Avedyan bu barədə “Fars” xəbər agentliyinə danışıb. ““Badrak” (“badarak”) adlanan dini mərasim 65-ci ildir ki, Çaldıranın Qarakilsəsində keçirilir. 65 il əvvəl Təbriz Erməniləri Xəlifəliyi tərəfindən …

Davamı...

Təbriz Ticarət Palatasının rəisi: “Banklar sərmayəni Azərbaycandan çıxarır”

Təbriz Ticarət Palatasının rəisi İran banklarının Güney Azərbaycandan sərmayəni çıxartmasını tənqid edib. “İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Yunis Jaelə bu barədə Təbrizdə Sənaye və Mədən Günü münasibəti ilə keçirilən tədbirdə danışıb. “Şərqi Azərbaycanda iş və ticarət sahəsində vəziyyət heç də münasib deyil. Əyalətdə 257 istehsal müəssisəsinin fəaliyyətinin yaxşı nəticə …

Davamı...