Çərşənbə axşamı , 7 May 2024
Ana səhifə / Tag Archives: İran (page 5)

Tag Archives: İran

“Ermənilər Çaldırandakı Qarakilsəyə toplaşacaq”

Yaxın günlərdə minlərlə erməni İran rejiminin dəstəyi və icazəsi ilə Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə toplaşacaq. Dünya ermənilərinin hər il Qarakilsədə dini mərasim adı ilə toplaşması artıq ənənəyə çevrilib. Siyasi məqsədlərə hesablanmış mərasim Qərbi Azərbaycan Erməniləri Xəlifəliyi, Mədəni İrs Təşkilatı və İslami İrşad və Mədəniyyət İdarəsi ilə …

Davamı...

Qərbi Azərbaycan Əyalətində daha bir məntəqənin türkcə adı fars sözü ilə dəyişdirilib

İran rejimi Güney Azərbaycanda türk dilində olan coğrafi adları dəyişdirmək prosesini davam etdirir. Son məlumata görə, Qərbi Azərbaycan Əyalətinin sərhədyanı Çaldıran bölgəsində yerləşən “Avacıq” məntəqəsinin adı dəyişdirilərək “Dəştək” adlandırılıb. “Avacıq” sözü “abadlıq” mənası verən “Ava” və “kiçik” mənasında olan “cıq” şəkilçisinin birləşməsidir, türk dilində “kiçik abadlıq” və ya “kiçik kənd” …

Davamı...

Trampdan Ruhaniyə xəbərdarlıq: “Sizin təhdidləriniz sonunda özünüzə qarşı yönələcək”

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp iyulun 3-də “Twitter”dəki səhifəsində yazdığı bir statusda İran prezidenti Həsən Ruhaninin ölkədə zənginləşdirilmiş uranın miqdarını artıracaqları barədə Amerika və Avropaya qarşı ünvanladığı təhdidinə reaksiya verib. Tramp paylaşdığı statusda Həsən Ruhaniyə səslənərək deyib ki, İranın səsləndirdiyi təhdidlər sonunda onun özünə qarşı yönələcək: “İran indicə …

Davamı...

Prof. Nəsib Nəsibli: “Azərbaycanda coğrafiya əsaslı tarix anlayışından, millət əsaslı tarix anlayışına keçilməlidir”

Prof. Nəsib Nəsibli deyir ki, “Quzeydə Sovet dövrü Azərbaycan tarixçiliyinin bəlalarından qurtulmaq lazimdir… Güneydə isə, tarix şüuru kimlik problemini çözmə missiyasını aşıb, tarixdən dərs alma missiyasına fokuslanmalıdır.” Tarixçi alim “Amerikanın Səsi” ilə söhbətdə bu yaxınlarda Türkiyədə yayımladığı 700 səhifəlik “Azərbaycan Tarixi” adlı əsərini həmin anlayışa uyğun olaraq qələmə aldığını ifadə …

Davamı...

Netanyahu: “Zərif yenə yalan danışır” -VİDEO

İsrailin baş naziri Benyamin Netanyahu iyunun 10-da “Youtube”dakı rəsmi kanalında yaydığı 25 saniyəlik bir video-çarxda İranın uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini sürətləndirməsindən və rəsmi Tehranın ölkəsinə və dünyaya qarşı təhdidindən danışıb. Öz açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonun həmin gün İranın zənginləşdirilmiş uranın istehsalını artırması ilə bağlı …

Davamı...

Cari ildə Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti ayrılmayıb

Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti ofisinin rəisi Fərhad Sərxoş cari ildə gölün canlandırılması üçün büdcə vəsaiti ayrılmadığını bildirib. O bu barədə “Pana” xəbər agentliyinə danışıb. “Ötən il (hicri-şəmsi təqvimi ilə 1397-ci il) Urmu gölünün canlandırma işlərinə 500 milyard rial məbləğində vəsait ayrılmışdır, bu məbləğ gölün bərpası ilə bağlı …

Davamı...

Həmədanda iş qəzalarında ölən fəhlələrin sayı 31 faiz artıb

İranda iş yerlərində baş verən qəzalarda ölən fəhlələrin sayı günü-gündən artır. “İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Həmədan Əyaləti Tibbi Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri əyalətdə iş qəzalarında ölənlərin sayının 31 faiz artdığını bildirib. Statistik məlumata əsasən, hicri-şəmsi təqvimi ilə 1396-cı ildə (İranda yeni il Novruz bayramında başlayır, hazırda …

Davamı...

Tikantəpədə tarixi körpü çöküb – GÖRÜNTÜ

Güney Azərbaycan bütün Əyalətlərində bir çox tarixi əsər tədricən təxrib olaraq sıradan çıxmaqdadır. Bu dəfə Tikantəpənin tarixi Saruq (Savruq) körpüsünün bir hissəsi baxınsızlıqdan çöküb. Səfəvilər dövrünə aid olan körpü çərşənbə günü, mayın 22-də təxrib olub. Məlumata görə, 500 illik tarixi əsər 8 il əvvəl təmir olunub, lakin yol verilən xəyanət …

Davamı...

Güney Azərbaycanda Milli Qiyamın 13-cü ildönümüdür – VİDEO

Bu gün Güney Azərbaycanda baş verən 2006-ci il 22 May Qiyamından (1385-ci il 1 xordad qiyamı) 13 il ötür. Belə ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 13 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc edib. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə …

Davamı...

Əli Xamneyi fars dilinin gələcəyindən nigaranlığını bildirib: “Qoymayın bu dil məhv olmağa doğru getsin…”

İranın ali dini rəhbəri Əli Xamneyi fars dilinin gələcəyi ilə bağlı öz nigaranlığını bildirib. O bu barədə ölkənin fars dili şairləri ilə keçirdiyi bir tədbirdə çıxış edib. Şairləri islam və İran inqilabı haqda şeir deməyə təşviq edən Əli Xamneyi Sədi, Firdosi və Mevlana kimi şairlərin əsərlərini onlara nümunə kimi göstərib. …

Davamı...