Bazar , 19 May 2024
Ana səhifə / Tag Archives: İran (page 6)

Tag Archives: İran

18-ci super liqa yarışlarının son görüşləri keçirildi, “Traxtur”…

Mayın 16-da İranda 18-ci super liqa yarışlarının son görüşləri keçirilib. Yarışlarının 30-cu həftəsində keçirilən oyunlarda “Traxtur” istisna olmaqla ilk üçlüyə iddialı olan komandalar öz rəqiblərinə qalib gəliblər. “Perspolis” “Pars Cənubi Cəm”ə 1:0, “Sepahan” Xuzistanın “İstiqlal” komandasına 0:2, Tehranın “İstiqlal” komandası “Sepid Rud”a 1:2 və “Pədidə” “Maşınsazi”yə 1:2 hesabı ilə qalib …

Davamı...

Azərbaycanlı yerli məsul: “Qiymətli daş yataqlarının adı Həştrudun, dadı İsfahanındır”

Şərqi Azərbaycan Əyalətində yerləşən Həştrudun Şəhər İcra Hakimiyyətinin başçısı bölgə mədənlərində əldə olunan məhsulların fars bölgələrinə daşındığı məsələsinə toxunub. “İsna” xəbər agentliyinin yaydığı məlumata əsasən, Əmin Əminiyan bildirib ki, bölgədəki qiymətli daş yataqlarının adı Həştrudun, dadı isə İsfahanındır. “Bu məntəqədə daş istehsalı ilə bağlı fabrika və avadanlıqlar yoxdur. Ona görə …

Davamı...

Güney Azərbaycan Milli Hərəkatının gələcək fəaliyyəti ilə bağlı kitab nəşr olunub

Güney Azərbaycanda Milli Hərəkatın gələcək fəaliyyəti haqda fars dilində kitab nəşr olunub. “Nə etməliyik?” adlı kitabda Azərbaycan Milli Hərəkatının gələcək planları və fəaliyyəti ətrafında bəhs olunub. Əsər bir neçə azərbaycanlı milli fəal tərəfindən qələmə alınıb və nəşr edilib. Bu əsərdə Milli Hərəkatdan əlavə, İran hökuməti, hökumətə müxalif cərəyanlar və onu …

Davamı...

Türk öyrəncilər İraq kürdlərinin bayraq qaldırmasına icazə verməyib – Urmiyə Universitetində

Urmiyə Universitetinin türk öyrənciləri beynəlxalq turnir çərçivəsində İraqın şimal bölgəsindən gələn kürd öyrəncilərə Kürdistan bayrağını qaldırmağa imkan verməyiblər. “Urmiyə Universitetinin Beynəlxalq Turniri” aprelin 25-də Urmiyə Universitetində 220 idmançı öyrəncinin qatılımı ilə keçirilib. Bundan əvvəl universitetin bədən tərbiyəsi şurası turnirin Türkiyə, Azərbaycan, İraq və İran universitetlərindən olan öyrəncilərin iştirakı ilə keçiriləcəyini …

Davamı...

“Traxtur”la Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşdı

Təbrizin “Traxtur” futbol klubu ilə qardaş Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşıb. Kütləvi informasiya vasitələrində “Traxtur” klubunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla yayılan xəbərdə qeyd olunub ki, Təbriz klubunun nümayəndələri Tatarıstana iki günlük səfər edərək iki klubun qardaşlaşması haqqında müqaviləyə imza atıblar. Aprelin 25-də imzalanan müqavilə İran və Rusiyadan olan klublar arasında …

Davamı...

Ərdəbil Əyalətində yerləşən bu şəhərin də adı farslaşdırıldı

İran rejiminin Güney Azərbaycan türk millətini hədəfə aldığı asimilasyon siyasəti bütün yönləri ilə davam edir. Son məlumata görə, Ərdəbil Əyalətində yerləşən Parsabadın “Təzə kənd” şəhərinin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. İran mediasında yayılan məlumata görə, bu barədə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyinin təklifi əsasında qərar qəbul edib. Yeni …

Davamı...

“TÜRKGÜN” qəzetində Türkiyənin göndərdiyi yardımların “Türkmən səhra”ya çatdırılmaması haqda məqalə dərc olunub

Novruz bayramı günlərində Türkmən əhalisinin yaşadığı “Türkmən səhra” bölgəsində dağıdıcı sel baş verib, saytımızda təbii fəlakətin törətdiyi fəsadlar barədə dəfələr məlumat yayılıb. Sel bölgəsinə İran rejiminin laqeyd münasibət bəslədiyi, vaxtı-vaxtında yardım etməməsi də bir çox faktlarla sübut olunub. Bu dəfə Türkiyənin “TÜRKGÜN” qəzetində bu ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən İrana …

Davamı...

Azərbaycanlı fəallar ermənilərin Tehranda Türkiyəyə qarşı icazəli yığıncağının ləğv olunmasını tələb edən kampaniya keçirir

Ermənilərin aprelin 24-də Türkiyə əleyhinə keçirilməsi gözlənilən yığıncağı azərbaycanlı fəalları hərəkətə gətirib. Fəallar bu məqsədlə imzatoplama kampaniyası keçirərək planlaşdırılan yığıncağın icazəsinin ləğv olunmasını tələb edir. Onlar hər kəsi https://t.me/imzakampanyasi adresinə müraciət edərək kampaniyaya qoşulmağa çağırır. Çərşənbə günü başlayan kampaniyaya artıq minlərlə internet istifadəçisi qoşulub, onların sayı anbəan artır. 1915-ci il …

Davamı...

Azərbaycanlı gənclərin futbol görüşündə şüarı: “Azərbaycan yatmayıb – Türkməni atmayıb”

Martın 4-də Urmiyənin “Urmiyə 90” futbol klubu Xürrəmşəhrin “Karun Ərvənd” komandasını Təxti stadionunda qəbul edib. Oyun zamanı yerli komandanın azərbaycanlı tərəfdarları selə məruz qalan “Türkmən səhra” bölgəsinin türkmən əhalisinə dəstək nümayiş etdirib. Onlar İran rejiminin təbii fəlakətdən zərərçəkənlərə laqeyd münasibətinə reaksiya olaraq “Azərbaycan yatmayıb – Türkməni atmayıb” şüarı səsləndiriblər. “Urmiyə …

Davamı...

Dövlətin reklamı nəticəsində Çaldırandakı erməni kilsəsini ziyarət edənlərin sayı artıb

“Ötə günlərdə 2 min nəfərdən çox turist Çaldıranın Qarakilsə kilsəsinə baxış keçirib.” Bu sözləri Qərbi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs İdarəsinin rəisi Məhərrəm Abdullahi “Gənc Müxbirlər Klubu”nun jurnalistinə bildirib. “Qərbi Azərbaycanda yerləşən kilsə dünya üzrə ən gözəl tarixi abidələrdən biridir. Onun bənzərsiz memarlığı hər kəsin diqqətini çəkir”- deyə …

Davamı...