Cümə , 26 Aprel 2024
Ana səhifə / Tag Archives: “Sepah”

Tag Archives: “Sepah”

Kanada: “İranın vurduğu Ukrana təyyarəsi ilə bağlı ədalətin bərqərar olmasından əl çəkməyəcəyik”

Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan, eləcə də Yol və Nəqliyyat naziri Mark Qrano “Sepah” terro təşkilatının yanvarın 8-də vurduğu Ukrayna sərnişin təyyarəsi ilə bağlı birgə bəyanat yayıblar. Nazirlər Kanada dövlətinin adından yaydıqları həmin bəyanatda hökumətin cinayət qurbanlarının ailələri və yaxınlarının dərdinə şərik olduğunu bildirərək, onlara bir daha başsağlığı verib. …

Davamı...

Güney azərbaycanlı fəal və vəkil Məhəmməd Güneyli uzunmüddətli həbs cəzasına məhkum olunub

Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi güney azərbaycanlı fəal və vəkil Məhəmməd Güneylini 6 il həbs cəzasına məhkum edib. Fəal “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamları əsasında həbs cəzası ilə üzləşib. O birinci ittihama görə 4 il, …

Davamı...

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar özünümüdafiə mətnini məhkəməyə təqdim edib

İranda 2019-ci il noyabr ayı etirazları zamanı saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar göndərilən çağırış vərəqəsinə əsasən şənbə günü məhkəməyə müraciət edib. Urmiya sakini olan fəal martın 7-də özünümüdafiə mətnini məhkəməyə təqdim edib. Məlumata görə, noyabr etirazlarının qanuna uyğun olduğunu müdafiə edən fəal təhlükəsizlik orqanlarının davranışını məhkum edərək …

Davamı...

Güney azərbaycanlı fəal Əmin Vəlizadə saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əmin Vəlizadə “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb. Salmas sakini olan fəal fevralın 29-da saxlansa da bu barədə yenicə xəbər yayılıb. Məlumata görə, təhlükəsizlik qüvvələri fəalın evinə müraciət edərək axtarış aparıb, ona məxsus şəxsi əşyalar, o cümlədən kompüter və mobil telefonunu özləri ilə aparıblar. Əmin Vəlizadənin hansı …

Davamı...

Təbrizin keçmiş bələdiyyə başçısı saxlanılıb

Təbriz şəhərinin keçmiş bələdiyyə başçısı Sadiq Nəcəfi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O cümə axşamı gün, yanvarın 30-da “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən yaxalanıb. Bu barədə məlumat yayan yerli kütləvi informasiya vasitələri Sadiq Nəcəfinin bələdiyyə başçısı olduğu zaman maliyyə pozuntularına yol verdiyini və həmin ittiham üzrə saxlandığını yazıb. Saxlanılan şəxs 20 il …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneylinin altıncı məhkəmə iclası keçirilib

Yanvarın 30-da güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin Təbrizin İnqilab Məhkəməsində altıncı məhkəmə iclası keçirilib. Məhkəmə iclasında fəala qarşı irəli sürülən “özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılıb. Məhkəmə prosesində prokurorluq və “Sepah”ın nümayəndələri …

Davamı...

Güney azərbaycanlı vəkil Məhəmməd Güneyli apellyasiya məhkəməsinə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal və vəkil Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağırılıb. Yanvarın 25-də məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsində fəaldan fevralın 13-ü yerli vaxtla saat 09:30-da apellyasiya məhkəməsinə müraciət etməsi tələb olunub. Çağırış vərəqəsində qeyd olunub ki, apellyasiya məhkəməsində “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq. Təbriz İnqilab …

Davamı...

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar məhkəməyə çağırılıb

İranda 2019-cu il noyabr ayında benzinin bahalaşması ilə əlaqədar keçirilən kütləvi etirazlar zamanı bütün şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində çox sayda etirazçı, bəzən isə etirazlara qatılmayan insanlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı. Urmiyada saxlanılan soydaşlarımız arasında güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da olub. O yanvarın 15-də Qərbi Azərbaycan …

Davamı...

Etirazların 3-cü günündə Tehranda Əli Xamneyiyə qarşı “ölüm” şüarları səsləndirilib – 4 VİDEO

İran rəsmilərinin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulmasını etiraf etməsinin ardınca rejimə qarşı dörd gün əvvəl başlanan kütləvi etirazlar dünən də davam edib. Yanvarın 13-də Tehranın Azadlıq küçə və meydanında, o cümlədən də “Şərif” Universitetində tələbələr də daxil olmaqla minlərlə insan etirazlarlara qalxaraq, İran …

Davamı...

Molla rejiminə qarşı etirazlar ölkənin 17 əyalətinə yayılıb. Etirazlarda ən çox Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib – VİDEOLAR

İran rejiminin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah” raketi ilə vurulmasını etiraf etməsinin ardınca ötən şənbə günündən hakimiyyətə qarşı başlalan kütləvi etirazlar geniş vüsət alaraq, yanvarın 12-də ölkənin 17 əyalətinin şəhərlərinə yayılıb. Yeni etirazlar dalğası paytaxt Tehrandan başqa, ən çox Əhvaz, İsfahan, Təbriz, Qorqan, Sənəndəc, Kirmanşah, Şiraz, Qəzvin, …

Davamı...