Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadənin saxlandığı bildirilir.
Hazırda hərbi xidmətdə olan fəal təhlükəsizlik qüvvələri tərəfindən əl-ayaqları qandallı şəkildə Ərdəbilin Ettelaat İdarəsinə aparılıb.
Fəalın saxlanmasının təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur.
Əsgər Əkbərzadə Güney Azərbaycanın tanınmış fəallardan biridir, o dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.
Saytımızda fəalın saxlanması haqda daha geniş məlumat yayılacaq.