Bazar ertəsi , 29 Aprel 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Əsgər Əkbərzadə saxlanılıb, fəal əl-ayaqları qandallı şəkildə Ettelaat-a aparılıb

Əsgər Əkbərzadə saxlanılıb, fəal əl-ayaqları qandallı şəkildə Ettelaat-a aparılıb

Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadənin saxlandığı bildirilir.

Hazırda hərbi xidmətdə olan fəal təhlükəsizlik qüvvələri tərəfindən əl-ayaqları qandallı şəkildə Ərdəbilin Ettelaat İdarəsinə aparılıb.

Fəalın saxlanmasının təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur.

Əsgər Əkbərzadə Güney Azərbaycanın tanınmış fəallardan biridir, o dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Saytımızda fəalın saxlanması haqda daha geniş məlumat yayılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir