Güney azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani toplam olaraq 14 il azadlıqdan məhrum edilib. Bu barədə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim İman Əfşar qərar çıxarıb. Azərbaycanlı fəallar ötən Beynəlxalq Ana Dili Günü ərəfəsində (hicri-şəmsi təqvimi ilə isfənd ayında) Tehranda trakt yayaraq bu önəmli günü təbrik …
Davamı...Həmədanlı öyrəncinin ali təhsil müəssisəsində təhsilinin davamına qadağa qoyulub – türk dili və ədəbiyyatı tədris etdiyi üçün
Tehran Universitetinin Həmədandan olan azərbaycanlı öyrəncisi türk dili və ədəbiyyatını tədris etdiyi üçün doktorluq pilləsində təhsilini davam etdirə bilməyəcək. Universitetin təhlükəsizlik bölümü müxtəlif yollarla Əli Mərdaninin doktorluq dərəcəsini almaq üçün dissertasiya işinin təqdim olunmasına və təhsilinin davam etdirilməsinə mane olub. Tehran Universitetinin hüquq və siyasi elmlər üzrə öyrəncisi 2018-ci ilin …
Davamı...Təbrizdə ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb
Güney Azərbaycanın Təbriz şəhərində Cəfər İsmailzadə və Milad İsmailzadə adlı ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb. “Sepah”ın təhlükəsizlik əməkdaşları mayın 29-da ata və oğulun iş yerinə hücum çəkərək onları saxlayıb. Hadisə bir neçə gün əvvəl baş versə də bu barədə yenicə xəbər yayılıb. Təhlükəsizlik əməkdaşları axtarış aparmaq …
Davamı...Ərdəbil Mədəni İrs Təşkilatının rəisinin Manna çarlığını türk dövləti adlandırması paniranistləri qəzəbləndirib
Ötən günlərdə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi haqlı olaraq Manna çarlığını türk dövləti adlandırmışdır. Bu məsələ paniranist qüvvələri qəzəbləndirib, onlara məxsus kütləvi informasiya vasitələri Mədəni İrs Təşkilatının rəisinə qarşı hərəkətə keçib. Nadir Fəllahi ötən günlərdə 18 May – Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna …
Davamı...Qərbi Azərbaycana sırınmış valinin təzyiqi ilə “Urmiyə 90” komandası Bukana ötürülüb
Qərbi Azərbaycan Əyalətinə sırınmış məsullar, o cümlədən yerli olmayan kürd kökənli vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülünün təzyiqi ilə Urmiyənin “Urmiyə 90” komandası Bukan şəhərinə buraxılıb. Bu barədə mayın 16-da “Urmiyə 90” klubunun icraçı direktoru Yəhya Bahaduri “İrna” xəbər agentliyinə danışıb. ““Urmiyə …
Davamı...Zəncanlı öyrənci fəal Pərisa Rəfiidən siyasi fəalların acınacaqlı saxlanma şəraiti ilə bağlı açıq məktub
Zəncanlı öyrənci fəal Pərisa Rəfii siyasi fəallar, xüsusi ilə də qadınların İran həbsxanalarında acınacaqlı vəziyyətdə saxlandığına kəskin etiraz edib. Bu məqsədlə açıq məktub yazan Tehran Universitetinin fəal öyrəncisi bir çox önəmli məsələyə toxunub. “2018-ci ilin birinci günlərində baş verən hadisələrlə bağlı (İranda dey ayı nümayişləri adlanır) saxlanma dalğasından təxminən 1.5 …
Davamı...Təbrizin millət vəkili: “İstiqlal” və “Perspolis” klublarına ayrılan vəsait bir neçə əyalətin idman büdcəsindən dəfələrlə çoxdur
Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi Tehranın “İstiqlal” və “Perspolis” klublarına ayrılan külli miqdarda vəsaitə etiraz edərək bu məbləğin bir neçə əyalətin idman büdcəsindən qat-qat çox olduğunu bildirib. Güney Azərbaycanın yerli mətbuatında yayılan məlumata görə, millət vəkili Təbrizin “Traxtur” futbol komandasının üzləşdiyi hadisələr və Gənclər …
Davamı...Şiraz Şəhər Şurasının rəisi Qaşqay türklərinə qarşı təhqiramiz ifadə işlədib – VİDEO
Şiraz Şəhər Şurasının rəisi irqçi mövqe sərgiləyərək Qaşqay türklərinə qarşı təhqiramiz ifadə işlədib. Əhmədrza Dəstğeyb Şəhər Şurasının cümə axşamı günü keçirilən iclasında bildirib ki, Şiraza gələn hər kəs özünü Şirazın əhalisi kimi hesab edə bilməz. O Qaşqay türklərini şəhərləşmə üsulu ilə tanış olmadığını təkidlə vurğulayıb. “Allah Abadlaşdırma İdarəsinin (keçmiş “Cihad …
Davamı...Xeyriyyəçi soydaşlarımız 312 məktəb tikib – Ərdəbil Əyalətində
Güney Azərbaycanın bütün bölgələrində dərs otaqları çatışmazlığı və məktəb binalarının təhlükəli vəziyyətdə olması təhsil sahəsində böyük problemə çevrilib. Bu məsələ bəzi bölgələrdə, o cümlədən Ərdəbil Əyalətinin müəyyən məntəqələrində qismən də olsa öz həllini tapıb. Bu, xeyriyyəçilik missiyası əsasında inşa edilən və edilməkdə olan yeni məktəblərin sayəsində mümkün olub. Bu istiqamətdə …
Davamı...“Traxtur”un son görüşündə saxlanılan soydaşlarımızdan 2-nin kimliyi müəyyənləşib
Aprelin 19-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlardan artıq ikisinin kimliyi müəyyənləşdirilib. Xəbər verdiyimiz kimi, Azərbaycan futboluna qarşı ayrı-seçkiliyin dayandırılmasını tələb edən “Traxtur” tərəfdarlarına təhlükəsizlik qüvvələri tərəfindən güc tətbiq olunub. Rezin dəyənək və gözyaşardıcı …
Davamı...