Cümə , 29 Mart 2024
Ana səhifə / Seçilmiş xəbərlər (page 4)

Seçilmiş xəbərlər

Hakimdən azərbaycanlı fəal Kiyanuş Aslaninin ailəsinə təhqiramiz ifadələr…

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslaninin ailəsi onun dosyesi ilə bağlı məhkəməyə müraciət edib, lakin təhqiramiz ifadələrlə qarşılanıblar. Məlumata görə, Tehran İnqilab Məhkəməsinin 7-ci şöbəsinin hakimi fəalın ailəsinin ünvanına aşağılayıcı ifadələr işlədib, onları kabinetindən çölə çıxardıb. “Övladınızın vəziyyətinin bizimlə heç bir əlaqəsi yoxdur! Çıxın çölə, vaxtımızı almayın…”- …

Davamı...

Güney Azərbaycanda türk dilində ilk android oyun… – LİNK

Güney Azərbaycanda “Qarpız” adlı türkcə ilk android oyun hazırlanıb. “Qarpız” oyunu ana dilini qoruyub saxlamaq məqsədi ilə pulsuz şəkildə təqdim olunub. Oyunda hərfləri bir-birinə yapışdırmaqla nəzərdə tutulan türk sözünü tapmaq lazımdır. Söz tapıldıqdan sonra onun farsca mənası və təfərrüatı qeyd olunub. Oyunun əsas özəlliklərindən biri türk bölgələrinin tarixi məkanları və …

Davamı...

Rəhim Qulaminin tədqiqat əsəri təhlükəsizlik qüvvələri tərəfindən götürülüb- Ərdəbildə

Ərdəbilin təhlükəsizlik qüvvələri azərbaycanlı şair, araşdırmaçı və milli-mədəni fəal Rəhim Qulamini saxlarkən onun çapa hazırladığı Lüğəti özləri ilə götürüblər. Təhlükəsizlik qüvvələri əllərində hökmlə fəalın evinə müraciət edib, lüğətlə bağlı əlyazmalar və çapa hazırlanmış faylları özləri ilə götürüb. Fəalın tədqiqat əsəri çapdan əvvəl bir çox araşdırmaçı alimə göstərilib, onun olduqca qiymətli …

Davamı...

Əsgər Əkbərzadə saxlanılıb, fəal əl-ayaqları qandallı şəkildə Ettelaat-a aparılıb

Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əsgər Əkbərzadənin saxlandığı bildirilir. Hazırda hərbi xidmətdə olan fəal təhlükəsizlik qüvvələri tərəfindən əl-ayaqları qandallı şəkildə Ərdəbilin Ettelaat İdarəsinə aparılıb. Fəalın saxlanmasının təfərrüatı barədə hələlik heç bir məlumat yoxdur. Əsgər Əkbərzadə Güney Azərbaycanın tanınmış fəallardan biridir, o dəfələrlə saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz …

Davamı...

Güneyli milli-mədəni fəalların Azərbaycanın tanınmış mübarizi Abbas Lisaninin azadlığını tələb edən VİDEOLARI – (11)

Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan tanınmış fəal Abbas Lisaninin azadlığını tələb edən videolar yayıblar.  Siz də öz videolarınızı göndərərək kampaniyaya qoşula bilərsiniz: #abbas_lisaniye_özgürlük Abbas Lisani yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra Təbrizin İnqilab Məhkəməsində təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb.

Davamı...

Səhənd stadionuna 100 min “Traxtur” tərəfdarının toplanması dünya mətbuatında – GÖRÜNTÜ

Xəbər verdiyimiz kimi, fevralın 15-də Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul etdi, super liqa yarışları çərçivəsində keçirilən görüşdə 100 min soydaşımızın tamaşaçı qismində iştirak etməsi dünya mətbuatının gündəminə düşüb. “Traxtur” tərəfdarlarının oyun boyu milli şüarlar səsləndirdiyi görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Səhənd stadionuna …

Davamı...

Etirazlar cavab verdi; Abbas Lisaninin ailəsi onunla görüşə bilib

Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin qanunsuz saxlanması ilə əlaqədar etirazların artması və Azərbaycan ictimaiyyətinin tələbi öz nəticəsini verib, artıq Lisani ailəsi Ərdəbil zindanında saxlanılan fəalla görüşə bilib. Görüş fəalın saxlanmasından bir aydan çox keçdiyi bir vaxtda şənbə günü, fevralın 16-ı Təbriz vaxtı ilə saat 15 radələrində baş tutub. Lisani …

Davamı...