Cümə , 3 May 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Təbrizdə ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb

Təbrizdə ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb

Güney Azərbaycanın Təbriz şəhərində Cəfər İsmailzadə və Milad İsmailzadə adlı ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

“Sepah”ın təhlükəsizlik əməkdaşları mayın 29-da ata və oğulun iş yerinə hücum çəkərək onları saxlayıb. Hadisə bir neçə gün əvvəl baş versə də bu barədə yenicə xəbər yayılıb.

Təhlükəsizlik əməkdaşları axtarış aparmaq məqsədi ilə İsmailzadə ailəsinin evinə də müraciət edib. Məlumata görə, məmurlar ev sahibinə aid ləptop, kitab və daha bir neçə şəxsi əşyanı özləri ilə götürüb.

Ata və oğulun nədə günahlandırıldığı və hadisənin təfərratı barədə hələlik dəqiq məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir