Millətimiz Səfəvi hakimiyyətinin müxtəlif dövrlərinə düzgün baxsa Fars-şiəçiliyinə özünü soxmuş, üzdə şiə olmuş ermənilərin rolunu və onların dəhşətli pərdəarxası oyunlarını daha yaxşı anlaya bilər.
Təəssüf ki, Azətbaycan Türkləri bilmədən fars-erməni-şiəçiliyinin təbliğatçısı olub və özünə xas şiəçiliyi kültürünü unudub. Əgər bu gün Fars faşist rejimi müqəddəs Azərbaycan bayrağını təhqir edirsə və ermənilər onları alqışlayırsa demək ki, bunun tarixi pərdəarxası Türk düşmənçiliyindən irəli gəlir. Biz bilməliyik ki, İran adlanan ölkədə səfəvilərdən bəri zahirən şiə olmuş ermənilər, əsıində Fransa və ikiüzlü radikal xristianların Səfəvi dövlətinə nüfuz və onu dağıtma politikası əsasında olublar və bu günə kimi bu politika aparılır.
Onların anti-türk və anti-Azərbaycan fəaliyyətlərinə dərindən baxanda və onu tarixdə araşdıranda Fransa və fanatik xristian kilsəsinin rolunu açıqca görmək olur.
Nə yazıq ki, tarixdən xəbərsizliyimiz üzündən millətimizin başına açılan siyasi oyunları hələ dərk edə bilmirik. Millətimiz başa düşməlidir ki, Türk və Azərbaycan şiəliyi, fars-erməni şiəçiliyindən çox fərqlidir və hətta bir-birinə ziddir. Çünkü fars-erməni şiəçiliyi Türk, Ərəb və islama düşmənçilik əsasında qurulub və onun arxasında da Fransa və radikal kilsə durur.
Sadiq İsabəyli
Savalan Araşdırmalar Mərkəzi