Cümə , 3 May 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Azərbaycanlı gənc “Savalan zirvəsindəki gölün dərinliyi”ni dəqiq şəkildə ölçməyə nail olub

Azərbaycanlı gənc “Savalan zirvəsindəki gölün dərinliyi”ni dəqiq şəkildə ölçməyə nail olub

Ərdəbil Əyalətindən olan azərbaycanlı bir gənc ilk dəfə olaraq “Savalan zirvəsindəki gölün dərinliyi”ni elmi şəkildə ölçməyə nail olub.

Məlumata görə, tanınmış dağçı və dalğıc Vəhid Danişpərvər gölün dərinliyini olduqca dəqiq şəkildə ölçüb.

Azərbaycanlı dalğıc gölün dərinliyini onun mərkəzi nöqtəsindən xüsusi ölçü cihazı ilə müəyyənləşdirib. Savalan zirvəsindəki gölün 16 metr dərinliyi olduğu məlum olub.

Təxminən 4800 metr yüksəklikdə yerləşən Savalan gölü dünyanın ən dərin və ikinci yüksək dağlıq gölüdür. Eni təxminən 80, uzunluğu isə 140 metr olan göl sönmüş Savalan vulkanının ağzında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir