Cümə , 3 May 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Güney Azərbaycanda etiraz aksiyaları – VİDEO

Güney Azərbaycanda etiraz aksiyaları – VİDEO

Güney Azərbaycan şəhərlərində şovinist fars rejiminin benzin qiymətlərini bir gecənin içində 3 dəfə bahalaşdırmasına qarşı etiraz aksiyaları başlayıb.

Amerikanın sanksiyaları nəticəsində dini diktatura rejimini saxlamaq və Yaxın Şərqdə terror aksiyaları həyata keçirmək üçün bütün gəlir mənbələrini itirən Əli Xamneyi bu boşluğu xalqın cibi ilə doldurmağa başlamaq istəyir.

Lakin onsuzda ağır iqtisadi vəziyyətdə yaşayan İranın əksər bölgələri və Güney Azərbaycan şəhərlərinin əhalisi ötən günün axşam saatlarından başlayaraq benzinin bahalaşmasına qarşı etiraz aksiyalarına start veriblər.


Aşağıda yerləşdirilmiş videolar bu gün ərzində Güney Azərbaycanın müxtəlif bölgələrində keçirilmiş etiraz aksiyaları zamanı çəkilib:

Bu video Urmiyada çəkilib: İnsanlar Azərbaycan, Azərbaycan şüarı səsləndirirlər.

Bu görüntüdə isə Urmiya əhalisi “Azərbaycan oyaqdır, millətinə dayaqdır” şüarı səsləndirilir.

Urmiya: “Azərbaycan yatmasın, öz millətin atmasın” şüarı.

Urmiya: “Azərbaycan milləti çəkməz bu zilləti”

Təbriz, Ərdəbil, Zəncan və digər şəhərlərdə baş tutmuş etiraz aksiyaları:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir