Cümə , 3 May 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Güney azərbaycanlı fəal Rəhim Qulami həbs olunub

Güney azərbaycanlı fəal Rəhim Qulami həbs olunub

Güney azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulami Ərdəbildə həbs olunub.

Fəal sentyabrın 17-də Ərdəblin Həbsləri İcra edən Şöbəsinə müraciət etdikdən sonra bu şəhərin mərkəzi zindanına aparılıb.

O bundan əvvəl İran İslam Cümhuriyyətinin qurucusunu təhqir etməkdə günahlandırılaraq Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib, hökm sonralar Apellyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

Martın 4-də yaxalanan Rəhim Qulami təxminən iki ay saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Ərdəbilin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılmışdır.

Fəal saxlanılarkən onun 10 il aralıqsız zəhmətdən sonra topladığı türkcə Lüğət əsərinin faylı təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.

Azərbaycanın qələm əhli fəalın son saxlanmasını sözügedən  Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür. Onlar illərcə zəhmətdən sonra çapa hazır olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən götürülən qiymətli əsərin gələcək taleyindən nigarandir.

Rəhim Qulami “Yaylıq” nəşr evi tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” kitablarının müəllifidir.

Rəhim Qulami Ərdəbil şəhərinin tanınmış fəallarından biridir, o bundan əvvəl də Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir