Cümə , 26 Aprel 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Güney azərbaycanlı fotoqraf Qırğızıstanda qızıl medal qazanıb

Güney azərbaycanlı fotoqraf Qırğızıstanda qızıl medal qazanıb

Qırğızıstanda FIAP Beynalxalq Filarmoniya-2019 festivalı keçirilib.

Bu festival Asiyalı Fotoqraflar Dərnəyi tərəfindən, Qırğızıstanın Fokus və Beynalxalq İncəsənət Federasiyasının nəzarəti ilə baş tutub.

Festival 6 bölümdə keçirilib.

Zəncanlı fotoqraf Bəhram Bəyat bu festivalda “Musiqi və cəmiyyət” bölümündə qızıl medal qazanıb. Onun əsəri  Zəncanın məşhur aşıqlarından olan “Aşıq Fəttah”a aid olub.

Xatırladaq ki, Bəhram Bəyat bundan əvvəl bir neçə milli və beynalxalq müsabiqələrdə də mükafat qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir