Cümə , 3 May 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Qəzvin Sayğac Fabrikinin fəhlələri etiraz aksiyasını davam etdirib – VİDEO

Qəzvin Sayğac Fabrikinin fəhlələri etiraz aksiyasını davam etdirib – VİDEO

Qəzvin Sayğac Fabrikinin fəhlələri gecikmiş əmək haqlarının ödənilməsi tələbi ilə aclıq aksiyasını davam etdirir.

Məlumata görə, avqustun 1-i və 2-də Qəzvin Valiliyinin binası qarşısında fabrikin çox sayda fəhləsi toplaşıb.

Etirazçılar gecikmiş 25 ay əmək haqlarının ödənilməsini tələb ediblər.

Fəhlələrdən birinin verdiyi məlumata görə, Qəzvin Əyalətinin yerli orqanları, o cümlədən Valilik etirazçıları dinləmir. Rəsmi orqanların nümayəndələri bildirir ki, bu işə ölkə rəhbərliyi baxmalıdır.

Avqustun 2-də keçirilən etiraz aksiyasında fəhlələrlə birlikdə onların ailə üzvləri də iştirak edib. Etirazçılar Valiliyin binası qarşısına 2 banner asaraq “Bu gün matəm günüdür, fəhlələrin həyatı sual altındadır”, “Valilik dəstək versin” və s. kimi şüarlar səsləndiriblər.

https://www.youtube.com/embed/0akK2Pts4mM

Qəzvin Sayğac Fabriki fəhlələrinin sözlərinə görə, vaxtı ilə fabrikdə 350, hətta 400-ə qədər fəhlə çalışıb. Lakin son aylarda onların sayı 200-ə düşüb.

Fabrikin fəhlələri iyul ayında da bir neçə dəfə oxşar etiraz aksiyaları keçirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir