Şənbə , 5 Oktyabr 2024
Ana səhifə / Seçilmiş xəbərlər / “Traxtur” klubunun rəsmi saytı “Səttarxan”ın şəkilini senzura edib

“Traxtur” klubunun rəsmi saytı “Səttarxan”ın şəkilini senzura edib

Güney Azərbaycanın “Traxtur” futbol klubunun rəsmi saytı yaydığı xəbərdə Milli Sərdar Səttarxanın şəkilini senzura edib.

Belə ki, rəsmi mətbuat orqanı klub məsulları ilə futbolçu Okaça Həmzavi arasında imzalanan müqavilə ilə bağlı xəbər yayıb. Yayılan görüntüdə Milli Sərdar Səttarxanın divardan asılmış şəkili Photoshop vasitəsi ilə silinib. Okaça Həmzavi isə şəkili olduğu kimi öz səhifəsində yaydıqdan bir neçə dəqiqə sonra xəbəri silərək senzura olunmuş görüntünü yaymalı olub.

Diqqət çəkən məqam ondan ibarətdir ki, futbolçunu yaydığı xəbəri silməyə kim məcbur edib?!

“Traxtur” tərəfdarları və sosial şəbəkə istifadəçiləri bu məsələyə kəskin etiraz bildirdikdən sonra klub görüntünü olduğu kimi yaymağa məcbur olub.

Azərbaycanlı sosial şəbəkələr istifadəçiləri soruşur ki, futbol klubu bir şəkili yaymaqdam nə üçün bu qədər qorxmalıdır?! Klubda kimlər və hansı meyarla qərar verir?!

1990-cı ildə doğulan Okaça Həmzavi əlcəzairlidir. O hücumçu kimi “Traxtur” komandasına transfer edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir