Cümə axşamı , 7 Noyabr 2024
Ana səhifə / Seçilmiş xəbərlər / Türk dilində danışmağa təkid etdiyi üçün zəncanlı aparıcının fəaliyyətinə məhdudiyyət qoyulub

Türk dilində danışmağa təkid etdiyi üçün zəncanlı aparıcının fəaliyyətinə məhdudiyyət qoyulub

İran Teleradio Şirkətinin məsulları zəncanlı aparıcı Payan Dadaşinin fəaliyyətinə türk dilində danışmağa təkid etdiyi üçün məhdudiyyət qoyublar.

Məlumata görə, bir neçə gün əvvəl Tarım şəhərindən olan bir gənc Zəncan Əyaləti Telekanalının “Gecələr” verilişinə dəvət olunub. Azərbaycanlı gənc özünü fars dilində təqdim edərkən aparıcı Payan Dadaşi ona xatırladıb ki, bu veriliş türk dilindədir. Bundan sonra verilişin qonağı ana dilində söhbət edib.

Proqramın davamında ekranda “Kətləxor Ğarı”nın reklamı gedib. Bundan sonra aparıcı izləyicilərə xitabən “ğar” sözünün türkcə mənasını soruşub. Suala səs operatoru və kameraman cavab verib: “ğar” türk dilində “köhül” deməkdir.

Bununla da Payan Dadaşı Teleradio Şirkəti məsullarının qəzəbinə tuş gəlib. O türk dilinmdə danışmağa təkid etdiyi üçün bir neçə həftə verilişi apara bilməyəcvək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir