Güney Azərbaycanın Təbriz şəhərində insanların benzinin bahalaşması, kasıblıq və işsizliyə görə etiraz aksiyasına start vermələrindən sonra Urmiya əhalisi də ayağa qalxaraq, türk şüarları səsləndirməklə, təbrizlilərə dəstək verib.
Təbrizə dəstək verən urmiyalılar “Urmiya oyaqdır, Təbrizə dayaqdır” şüarı səsləndiriblər.
Təbrizdə ayağa qalxan insanlar isə “Təbriz yatmayıb, qeyrətini atmayıb” şüarı ilə şovinist rejimin talançı siyasətlərinə qarşı etiraz ediblər.
Bu günki etiraz aksiyalarında güney azərbaycanlılar həmçinin milli şüarlar səsləndirməklə, onlara qarşı yol verilən irqi ayrı- seçkiliyə etiraz edib, öz təməl hüquqlarının bərpa olunmasını tələb ediblər.
Start götürən aksiyalar güney azərbaycanlılar üçün öz milli və mədəni hüquqlarını müdafiə etmək üçün gözəl imkandır.
Bir çox şəhərlərdə qarşıdurmalar yaşandığından, polis və təhlükəsizlik qüvvələri sivil xalqa atəş açır. Buna görə də, güney azərbaycanlılar öz etirazlarını sivil formada təşkil etməyə çalışırlar. Polisin etirazçılara hücum etməsinin qarşısını almaq üçün cavanlar metal zibil qabları kimi yanmayan vasitələrdən istifadə etməklə, yolları bağlaya və bununla da etirazçıları qoruya bilərlər.