Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 52)

Azərbaycan

Güney azərbaycanlı fəal Əkbər Mühaciri Təbrizdə döyülərək saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciri Təbrizdə Ettelaat əməkdaşları tərəfindən döyülərək saxlanılıb. Məlumata görə, 10 nəfərdən çox Ettelaat əməkdaşı fəalı yaxalamaq üçün onun evinə hücum çəkib, uşağı və həyat yoldaşının gözü qarşısında qollarına qandal vurub və onu sorğu-suala tutublar. Fəal saxlanılarkən Ettelaat əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb, ona dəfələr “silah …

Davamı...

Bir həftə öncə saxlanılan güney azərbaycanlı fəal Məhəmməd Mahmudidən heç bir xəbər yoxdur

Ötən günlərdə İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə gecə saatlarında oğurlanan güney azərbaycanlı milli-mədəni fəal barəsində heç bir xəbər yoxdur. Bu vəziyyət Məhəmməd Mahmudinin ailəsinin nigaranlığına səbəb olur. Onlar bildirir ki, bir həftə öncə saxlanılan Məhəmmədin vəziyyəti barədə heç bir məlumata malik deyillər. Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Məhəmməd …

Davamı...

Əli Əzizi müvəqqəti azadlığa buraxılıb

Urmiya sakini olan güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi müvəqqəti azadlığa buraxılıb. Fəal dosyesi ilə bağlı araşdırma yekunlaşanadək noyabrın 23-də zaminə buraxılıb. Azərbaycanlı fəal noyabrın 20-də Urmiyada öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq “9 Pillə” Polis Bölməsinin təcridxanasına aparılmışdır. Əli Əzizi ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin …

Davamı...

Güney azərbaycanlı fəal Şahin Bərzgər saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər Təbrizdə saxlanılıb. Məlumata görə, fəal ötən həftə təhlükəsizlik qüvvələri tərəfindən öz ata evində saxlanılaraq naməlum istiqmaətə aparılıb. Azərbaycanlı fəalın nə zaman tutulduğu və harada saxlandığı barədə hələlik dəqiq məlumat yoxdur. Şahin Bərzgər bundan əvvəl əsgərlik xidməti dövründə mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyinə …

Davamı...

Ərdəbildə İranla Azərbaycan arasında birgə sənaye şəhərciyi yaradılacaq

Güney Azərbaycanın Ərdəbil Əyalətində İranla Azərbaycan Respublikası arasında birgə sənaye şəhərciyi yaradılacaq. Bu barədə Ərdəbil valisi Əkbər Behnamcu noyabrın 21-də yerli məsulların iştirakı ilə keçirilən tədbirdə çıxış edib. İki ölkə arasında yaradılacaq sənaye şəhərciyi barədə geniş məlumat verən vali bildirib ki, sənaye şəhərciyi sərhədyanı bölgədə fəaliyyətə başladıqdan sonra bölgədə  nəzərdə …

Davamı...

Marağa məntəqəsində kəndlər əhalidən boşalır

Güney Azərbaycanın bütün əyalətlərində olduğu kimi, Şərqi Azərbaycan Əyalətində də kəndlər tədricən əhalidən boşalır. Şərqi Azərbaycan valisinin müavini və Marağa Şəhər İcra Hakimiyyətinin başçısı Həmid Şükri noyabrın 21-də rəhbərlik etdiyi idarənin işçiləri ilə görüşdə bölgədə yaşanan iqtisadi problemlərə toxunub. “Əyalətdə bir çox kənd əhalidən boşalıb. Bu problem Marağa məntəqəsinə də aiddir. …

Davamı...

Şərqi Azərbaycanın zəlzələ bölgəsində qarlı və şaxtalı hava şəraiti hökm sürür – VİDEO

Noyabrın 8-də Şərqi Azərbaycanda baş verən zəlzələ bölgəsində təbii fəlakətdən zərərçəkənlər olduqca ağır vəziyyətdə yaşayır. Hadisədən sonra soyuq hava şəraitinin hökm sürdüyü təbii fəlakət bölgəsində qar yağdıqdan sonra vəziyyət daha da ağırlaşıb. Şərqi Azərbaycanın Miyana, Sarab və Türkmənçay məntəqələrində yerləşən kəndlərdə təxminən bütün evlər dağılıb. Bölgə əhalisi hazırda çadırlarda gecələyir. …

Davamı...

Bu həftə Güney Azərbaycanın iki məşhur komandasının görüşü ləğv olunub

Ötən günlərdə benzinin qiymətinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də tam səngiməyib, etirazlar rejimi bir çox önləyici tədbirlər almağa vadar edib. Bu istiqamətdə tədbirlərin davamı olaraq Güney Azərbaycanın ən çox tərəfdarı olan iki futbol komandasının görüşü ləğv edilib. Məlumata görə, İran çempionatının I dəstəsinin oyunları çərçivəsində …

Davamı...

Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmilərindən gölün bərpası ilə bağlı ziddiyyətli açıqlamalar

Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti ofisinin rəisi Fərhad Sərxoş gölün canlandırılması üçün nəzərdə tutulan layihələrlə bağlı növbəti dəfə ziddiyyətli açıqlama ilə çıxış edib. Urmu gölündə suyun səviyyəsi tarazlığının 93 santimetr yüksəldiyini bildirən Fərhad Sərxoş gölün sahəsinin də böyüdüyünü diqqətə çatdırıb. Bu barədə “İsna” xəbər agentliyinə danışan Urmu Gölünü …

Davamı...

Güney azərbaycanlı fəallar Abbas Mehrasa və Babək Hüseyni Müqəddəm saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Abbas Mehrasa və Babək Hüseyni Müqəddəm İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Məlumata görə, təhlükəsizlik qüvvələri noyabrın 17-də Abbas Mehrasanın Urmiya şəhərindəki mağazasına hücum edərək onu yaxalayıb və naməlum istiqamətə aparıblar. Ötən günlərdə Təbriz sakini olan güneyli fəal Babək Hüseyni Müqəddəm də Ettelaat əməkdaşları tərəfindən tutulub. Onun …

Davamı...