Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan (page 60)

Azərbaycan

“Traxtur”-“İstiqlal” görüşündən yeni Video və Görüntülər

Noyabrın 1-də Təbrizin səhənd stadinunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında görüş keçirildi. Super liqanın 9-cu həftəsində keçirilən görüş qonaq komandanın xeyirinə başa çatsa da, yenə də qazanan Azərbaycan və “Traxtur” tərəfdarları oldu. Tamaşaçı qismində iştirak edən 80 mindən çox azarkeş oyun boyu çoxlu milli şüarlar …

Davamı...

“Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsi Türkiyə mətbuatında geniş işıqlandırılıb – GÖRÜNTÜ

Təbrizin səhənd stadionunda 80 mindən çox “Traxtur” tərəfdarının Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatına dəstək nümayiş etdirməsi Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Bu hadisə noyabrın 1-də Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandasının qarşılaşması zamanı baş verib. Türkiyə Anadolu dövlət …

Davamı...

Güney Azərbaycanın müstəqilliyi ilə bağlı stadionda qaldırılan bannerdə yazılıb: Çexoslovakiya yoxsa Yuqoslaviya? – VİDEO

Noyabrın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə çoxlu milli şüarlar səsləndirilib və bir neçə banner nümayiş etdirilib. “Traxtur” tərəfdarlarının nümayiş etdirdiyi bannerlər arasında türk və ingilis dillərində yazılan bir banner xüsusi diqqət çəkib. Həmin bannerdə böyük hərflərlə yazılıb: “Seçim sizinlədir: …

Davamı...

Səhənd stadionunda Azərbaycan və Türkiyə bayraqları qaldırılıb – VİDEO

Cümə günü Təbrizin səhənd stadionunda keçirilən görüşdə Azərbaycan və Türkiyə cümhuriyyətlərinin bayrağı qaldırılıb. 80 mindən çox soydaşımızın tamaşaçı qismində qatıldığı “Traxtur”-“İstiqlal” görüşündə bir çox banner nümayiş etdirilib. Soydaşlarımız Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı həyata keçirdiyi antiterror əməliyyatına dəstək də nümayiş etdirilib. “Türkiyə – Türkiyə” şüarı səsləndirən “Traxtur” tərəfdarları …

Davamı...

Şərqi Azərbaycan valisi baş məşqçi Rəsul Xətibinin ünvanına söyüş səsləndirən “Perspolis” tərəfdarlarının cəzalandırılmasını istəyib

Xəbər verdiyimiz kimi, 19-cu super liqa yarışlarının 9-cu həftəsində Təbrizin “Maşınsazi” komandası Tehranın “Perspolis” klubunun qonağı olub. Cümə axşamı günü Azadi stadionunda keçirilən görüşdə ev sahibinin azarkeşləri Azərbaycan türk milləti və “Maşınsazi”nin baş məşqçisi Rəsul Xətibinin anasının ünvanına təhqiramiz söyüşlər səsləndiriblər. Hadisədən bir gün sonra Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi …

Davamı...

“Şərqi Azərbaycanda yerləşən Əndəriyan kəndinin suyu sianid dadır”

Əndəriyan Qızıl Mədənini çalışdıran şirkətin qeyri-peşəkar fəaliyyəti nəticəsində bölgənin ətraf mühitinə yaranan təhlükə gün keçdikcə artır. Bu barədə Şərqi Azərbaycan Ətraf Mühit Fəallarının Evi tərəfindən geniş raport hazırlanıb. Doktor Əhməd Bayburdinin araşdırmaları əsasında hazırlanan raport ötən günlərdə Şərqi Azərbaycan Əyalətinə səfər edən İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisini müşayiət edən …

Davamı...

Təbrizin səhənd stadionunda milli şüarlar səsləndirildi: “Türkiyə – Türkiyə” və … – VİDEO / GÖRÜNTÜ

Xəbər verdiyimiz kimi, noyabrın 1-də Güney Azərbaycanın “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul edib. Super liqa yarışlarının 9-cu həftəsində keçirilən görüşdə 80 mindən çox “Traxtur” tərəfdarı tamaşaçı qismində iştirak edib. Şərqi Azərbaycanın yerli mətbuat orqanları oyunun başlamasına bir saat qalmış 70 min nəfərlik stadionun azarkeşlərlə dolduğunu yazmışdır. …

Davamı...

“Traxtur” tərəfdarları “İstiqlal”la görüşdən öncə bir çox şüar səsləndirib – VİDEO

Bu gün Güney Azərbaycanın “Traxtur” futbol klubu Tehranın “İstiqlal” komandasını Təbrizin səhənd stadionunda qəbul edəcək. 19-cu super liqa yarışlarının 9-cu həftəsində keçiriləcək görüş Təbriz vaxtı ilə saat 18:00-da başlayacaq. Artıq görüşü izləmək üçün soydaşlarımız Güney Azərbaycanın müxtəlif məntəqələrindən Təbrizə gəlib. Onlar görüşdən əvvəl bir çox şüarlar səsləndirib və milli şüarlar …

Davamı...

Şərqi Azərbaycan Gənclər və İdman İdarəsi stadionda yol verilən təhqirlərə görə “Perspolis” tərəfdarlarından şikayət edib – VİDEO

19-cu super liqa yarışlarının 9-cu həftəsində Təbrizin “Maşınsazi” komandası Tehranın “Perspolis” klubunun qonağı oldu. Cümə axşamı günü Azadi stadionunda keçirilən görüşdə ev sahibinin azarkeşləri Azərbaycan türk milləti və “Maşınsazi”nin baş məşçiqi Rəsul Xətibinin ünvanına təhqiramiz söyüşlər səsləndiriblər. “Perspolis”in irqçi tərəfdarları bundan əvvəlki görüşlərdə olduğu kimi, yenə də aşağılayıcı hərəkətlərə yol …

Davamı...

Şərqi Azərbaycan valisi İbrahim Rəisinin qatıldığı iclasda Azərbaycana qarşı ayrı-seçkilikləri sərt tənqid edib

Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycana qarşı ayrı-seçkiliklərə son qoyulmasını tələb edib. O bu barədə oktyabrın 31-də Şərqi Azərbaycan İdarələr Şurasının keçirdiyi iclasda danışıb. Vali Məhkəmə Sisteminin rəisinin qatıldığı iclasda olduqca önəmli məsələlərə toxunub. “İqtisadiyyat və büdcənin düzgün paylaşılması sahəsində …

Davamı...