Ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən Sulduz şəhərində saxlanılan güney azərbaycanlı fəal Təbriz Ettelaat İdarəsinin təcridxanasına aparılıb. Bu barədə Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsi, Sulduzun İnqilab Məhkəməsinə məktub göndərərək azərbaycanlı fəalın saxlanılaraq təhlükəsizlik qüvvələrinin nəzarəti altında Təbriz məhkəməsinə (dadsəra) göndərilməsini istəyib. Təbriz məhkəməsinin Səccad Şəhirinin saxlanması ilə bağlı hökmü üzə çıxdıqdan …
Davamı...Güney azərbaycanlı vəkil Məhəmməd Güneyli apellyasiya məhkəməsinə çağırılıb
Güney azərbaycanlı milli-mədəni fəal və vəkil Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağırılıb. Yanvarın 25-də məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsində fəaldan fevralın 13-ü yerli vaxtla saat 09:30-da apellyasiya məhkəməsinə müraciət etməsi tələb olunub. Çağırış vərəqəsində qeyd olunub ki, apellyasiya məhkəməsində “sistemin əleyhinə təbliğat aparmaq” ittihamına baxılacaq. Təbriz İnqilab …
Davamı...Məlikanlı tutulmuş süpürgəçinin işgəncələr nəticəsində ölməsi və atasından məcburi etiraf alınması barədə məlumatlar yayılıb- VİDEO
Bir müddət əvvəl həbs edilmiş Güney Azərbaycanın Məlikan rayonundan olan süpürgəçi Babək Ağazadənin ölümü və təhlükəsizlik qüvvələrinin onun atasından məcburi etiraf alması barədə məlumatlar yayılıb. Süpürgəçi kimi çalışan Babək Ağazadə 2019-cu ilin dekabr ayının 16-da Məlikan bulvarında təmizlik işi apararkən şəhərin polis bölməsi qarşısında “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi əməkdaşları …
Davamı...“Təhlükəsizlik orqanları Əkbər Nəiminin sosial şəbəkələrdəki hesablarını istifadə edirlər”- Fəallardan xəbərdarlıq
Azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik orqanlarının həbs edilmiş fəal Əkbər Nəiminin sosial şəbəkələrdəki hesablarını istifadə etmələri barədə xəbərdarlıq yayıblar. Mühəndis Əkbər Nəiminin yanvarın 22-də saxlanmasına baxmayaraq, onun “WhatsApp” hesabı bu günə qədər dəfələrlə “online” olub. Fəallar hesab edirlər ki, təhlükəsizlik orqanları əməkdaşları Nəiminin sosial şəbəkələrdə olan hesablarına daxil olurlar. Onların fikirlərinə …
Davamı...Həbs edilən azərbaycanlı müəllim Höccət İmamidən xəbər yoxdur
Güney Azərbaycanlı müəllim və milli-mədəni fəal Höccət İmaminin həbs edilməsindən 2 həftə keçməsinə baxmayaraq, təhlükəsizlik və məhkəmə orqanları onun niyə saxlandığı və irəli sürülən ittihamlarla bağlı heç bir açıqlama vermirlər. Fəalın Sayınqalada yaşayan ailəsi onun səhhəti və hansı şəraitdə saxlanılmasından məlumatsızdırlar. Ailəsi davamlı olaraq əlaqəli orqanlarla əlaqə saxlasa da, Höccət …
Davamı...GünAz TV-nin rəsmi Vaşinqton nümayəndəliyi öz işinə başlayıb
Cənab Əhməd Obalı tərəfindən 2004-cü ildə yaradılmış Güney Azərbaycan Televiziyası Vaşinqton D.C-də rəsmən fəaliyyətə başlayıb. Artıq rəsmi nümayəndəliyinin açılışı olan televiziya Vaşinqtonda öz işinə başlayıb. GünAz TV-nin əsas məqsədi güney azərbaycanlıların səsini dünyaya çatdırmaq, eləcə də Azərbaycan türklərinə mühüm siyasi xəbərlər barədə məlumat verməkdən ibarətdir. Qənirə Ataşova GünAz TV-nin jurnalisti …
Davamı...Güney azərbaycanlı fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur
İki gün əvvəl Tehranda saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi ehtimal olunur. Bu barədə fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, Əkbər Nəimi yaxalanmadan əvvəl bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarsa, birinci dəqiqədən aclıq aksiyasına başlayacaq. Fəalın yaxınları əlavə edib ki, Əkbərin mobil telefonu təhlükəsizlik qüvvələrinin …
Davamı...“Koroğlu” tamaşası 20 il fasilədən sonra səhnəyə çıxarılacaq – Təbrizdə / VİDEO
Məşhur “Koroğlu” tamaşası təxminən 20 il fasilədən sonra gələcək həftələrdə Təbrizdə səhnəyə çıxarılacaq. Tamaşa “29 bəhmən” bulavarında fərhəngi-hünəri kompleksinin Ustad İqbal Azər salonunda səhnələşdiriləcək. Azərbaycanlıların böyük rəğbətini qazanan tamaşa 2000-ci ildə 60-cı nümayişdən sonra bir daha səhnələşdirilməyib. “İsna” xəbər agentliyinin yaydığı xəbərə görə, tamaşanın müəllifi və rejissoru Yaqub Seddiq Camalı …
Davamı...Azərbaycanlı məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyası keçirir – Mərənd həbsxanasında
Güney Azərbaycanın Mərənd şəhərinin zindanında həbs edilən məhbuslardan biri dodaqlarını tikərək aclıq aksiyasına başlayıb. Adi ittihamlara görə həbs cəzasına məhkum edilən azərbaycanlı məhbus Cavad Rəhimzadə yanvarın 22-də aclığa başlayıb. O məhbusların həbsxanaya nəzarət edən hakim tərəfindən təzyiqlərə məruz qalması, həmçinin məhbuslar və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq …
Davamı...Ettelaat-ın təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri qaynatasının dəfn mərasimində iştirak edə bilməyib
Ettelaat İdarəsi güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciriyə qaynatasının dəfn mərasimində iştirak etməsinə icazə verməyib. Azərbaycanlı fəalın qaynatası yanvarın 22-də vəfat edib. Hazırda Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılan güney azərbaycanlı fəal Əkbər Mühaciri 2019-cu il noyabrın 24-də tutulub. Məlumata görə, 10 nəfərdən çox Ettelaat əməkdaşı fəalın evinə hücum çəkib, onu …
Davamı...