Cümə axşamı , 2 May 2024
Ana səhifə / Azərbaycan (page 40)

Azərbaycan

Tikantəpənin yerli olmayan bələdiyyə sədri oyun meydançasında yerə PKK bayrağının təsvirini çəkdirib – FOTO

Əslən Divandərədən olan Tikantəpənin (Tikab) bələdiyyə sədri Nasih Məhəmmədxani şəhərdə Pejakın simvollarından sonra, indi də PKK terror təşkilatının bayrağını hazırladıb. Bayrağın şəkli Tikantəpənin Millət Bağı bölgəsində uşaqlar üçün hazırlanmış oyun meydançasında yerə çəkilib. Nasih Məhəmmədxani son dərəcə hayasızlıqla, bu fotonu şəhər bələdiyyəsinin rəsmi İnstagram səfihəsində paylaşıb. Fotonun üzərində layihənin birbaşa …

Davamı...

Güney Azərbaycanda ağac qətliamı GÖRÜNTÜLƏRDƏ

Güney Azərbaycanın müxtəlif bölgələrində hər gün ağacların məhv edilməsi faktı qeydə alınır. Məlum olduğu kimi, Azərbaycanın əksər şəhər və kəndlərində ekoloji vəziyyət qənaətbəxş deyil, ətraf mühit gün keçdikcə çirklənir. Bu problem əvvəllər əsasən başda Urmu gölü olmaqla göllərin quruması və müxtəlif zavodların köhnə üsulla fəaliyyət göstərməsi nəticəsində baş verirdi. Son …

Davamı...

İki “Traxtur” tərəfdarı saxlanılıb – Təbrizdə

Çərşənbə axşamı günü Güney Azərbaycanın “Traxtur” və Məşhədin “Şəhr-i Xodro” komandaları arasında keçirilən görüş zamanı iki soydaşımız saxlanılıb. Hadisə Təbrizin səhənd stadionunda dekabrın 24-də baş verib, lakin bu barədə yenicə xəbər yayılıb. Məlumata görə, Binab (“Bin Ev”) sakini olan Peyman.D və Qulam.S adlı “Traxtur” tərəfdarları stadiona daxil olarkən təhlükəsizlik qüvvələri …

Davamı...

Güney azərbaycanlı öyrənci Mehdi Təməddün saxlanılıb

İran rejiminin son vaxtlar Güney Azərbaycanda başlatdığı yeni həbslər dalğası davam edir. Son məlumata görə, Təbrizdə Mehdi Təməddün adlı güney azərbaycanlı öyrənci saxlanılıb. O dekabrın 25-də Ettelaat əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Azərbaycanlı öyrəncinin hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Davamı...

Həmədanlı uşaqlar beynəlxalq rəsm müsabiqəsində uğur qazanıb

Güney Azərbaycanın Həmədan Əyalətindən olan iki uşaq Özbəkistanda “Biannela” dünya uşaq rəsm müsabiqəsində uğur qazanıb. Məlumata görə, Firuzan şəhərindən olan 12 yaşlı Zəhra Muradi və əyalətin mərkəzi şəhəri Həmədandan olan 13 yaşlı Fatimə Rəhimi fəxri diplomla təltif olunub. Daşkənd beynəlxalq rəsm biannalesi “Uşaqlıq, Anavətən” mövzusunda keçirilib. Qeyd edək ki, biennale …

Davamı...

“Traxtur” klubu yeni oyunçular transfer etməyə hazırlaşır

Güney Azərbaycanın “Traxtur” futbol klubu komandanı gücləndirmək məqsədi ilə yeni oyunçular cəlb etməyə hazırlaşır. Azərbaycan klubu super liqa yarışlarında mövsümün ilk yarısının yekunlaşmaq üzrə olduğu bir vaxtda belə bir qərara gəlib. Mediada yayılan məlumata görə, artıq klub məsulları müdafiəçi və hücumçu mövqeyində çıxış edən bir neçə oyunçu ilə danışıqlar aparıb. …

Davamı...

Ötən günlərdə Məlikanda saxlanılan Babək Ağazadədən xəbər yoxdur

Güney Azərbaycanın Məlikan şəhərində Bələdiyyə İdarəsinin sadə işçilərindən olan Babək Ağazadə ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, bu günədək onun vəziyyəti haqda heç bir məlumat yoxdur. Babək Ağazadə dekabın 16-da Məlikan Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqmaətə aparılıb. Onun hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hər hansı məlumat …

Davamı...

Həmədan basketbolu maliyyə sıxıntıları içində…

Güney Azərbaycan əyalətlərinə hakim kəsilən iqtisadi gərginlik güclü yerli idman komandalarını ardıcıl sıradan çıxarır. Son məlumata görə, Həmədan Əyalətini basketbol üzrə İran çempionatının I dəstəsinin yarışlarında təmsil edən yeganə komanda maliyyə sıxıntılarından dolayı yarışlarını davam etdirmək iqtidarında deyil. Bu barədə Əsədabad Şəhər İcra Hakimiyyətinin başçısı Məcid Dərvişi “İsna” xəbər agentliyinə …

Davamı...

Şərqi Azərbaycan: Təbriz prokuroru Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsinə münasibət bildirib

Təbrizin prokuroru Şərqi Azərbaycanın Vərziğan məntəqəsində yerləşən Əndəriyan qızıl mədəninin ətraf mühiti çirkləndirməsi məsələsinə münasibət bildirib. Babək Məhbub Əlilu mədənin fəaliyyəti ilə bağlı yayılan sənədli materiallar və bölgə əhalisinin ardıcıl müraciətindən sonra bu məsələyə reaksiya verib. “Qanuna görə, mədənin ətraf mühitin çirkləndirməsi məsələsini Ətraf Mühitin Mühafizə Təşkilatı araşdırmalıdır. Təşkilat bundan …

Davamı...

Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb

Güney Azərbaycanın Ərdəbil Əyalətində İrana məxsus “MiG-29” tipli qırıcı təyyarə qəzaya uğrayıb. Mətbuat Ərdəbil Valiliyinin rəsmilərindən birinə istinad edərək hadisənin Savalan dağı yaxınlığında, Baba Məqsud zirvəsi üzərində baş verdiyini qeyd edib. Qəza nəticəsində pilot həlak olub. Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin helikopteri və əyalətin Fövqəladə İdarəsinin xilasedici qrupu cəlb edilib. …

Davamı...