Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 61)

Azərbaycan

Ötən günlərdə Təbrizdə saxlanılan Məhəmməd Mərdi və Fərhad Pakruhun müvəqqəti azadlığa buraxılmasına icazə verilmir

Oktyabrın 28-də Təbrizdə saxlanılan güney azərbaycanlı fəallar Məhəmməd Mərdi və Fərhad Pakruhun müvəqqəti azadlığa buraxılmasına maneçilik yaradılır. Məlumata görə, fəalların ailəsi təyin olunan 500 milyon riallıq mülki vəsiqəni təqdim etmək üçün oktyabrın 31-də Təbriz məhkəməsinə (Dadsəra) müraciət edib, lakin işə baxan şöbənin rəisi dosye ilə bağlı araşdırmanın başa çatmadığını bəhanə …

Davamı...

Həbsxanada səhhəti ağırlaşan güney azərbaycanlı fəal Rəhim Qulaminin xəstəxanada müalicə olunmasına icazə verilmir

Ərdəbil zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal, yazıçı və şair Rəhim Qulaminin səhhətinin ağırlaşdığı bildirilir. Oktyabrın 31-də yayılan məlumata görə, təngnəfəslik və böyrək xəstəliyindən əziyyət çəkən azərbaycanlı fəalın son günlərdə səhhəti ağırlaşıb. Onun şəhər xəstəxanasında mütəxəssis həkim tərəfindən müalicə olunması ehtiyac var. Lakin zindan məsulları fəalın xəstəxanaya aparılmasına …

Davamı...

“Urmiya 90” komandasının azarkeşlərindən türk əsgərinə hərbi salam – VİDEO

Güney azərbaycanlılar Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı keçirdiyi hərbi əməliyyata dəstək verməyə davam edir. Bu istiqamətdə “Urmiya 90” komandasının azarkeşləri çərşənbə günü Urmiyanın Təxti stadionunda keçirilən görüşdə türk ordusuna dəstək nümayiş etdiriblər. Sircanın “Arman qohər” komandası ilə keçirilən qarşılaşmada  Azərbaycan komandasının azarkeşləri kürd terror qruplaşmalarını məhkum edib, türk …

Davamı...

Zəncanda əhali işlətdiyi suyun pulunu ödəyə bilmir

Güney Azərbaycanda iqtisadi tənəzzül prosesi gün keçdikcə dərinləşir, artıq əhali işlətdiyi işıq  və suyun pulunu belə ödəmək iqtidarında deyil. Zəncan Əyaləti Su və Kanalizasiya Şirkətinin abonentlərin işləri üzrə rəis müavini Zəncanda toplam olaraq təxminən 15 milyard tümən su pulunun ödənilmədiyini bildirib. Bu barədə Səid Şərifi “İsna” xəbər agentliyinin müxbirinə danışıb. …

Davamı...

Hökumət rəsmiləri və bir neçə axund Mis Mədənindəki vəziyyətə etiraz edən süngünlü qadınlar tərəfindən döyülüb – Təbrizdə / GÖRÜNTÜ

Süngün Mis Mədənini çalışdıran şirkətin bölgənin sərvətini talamaya davam etməsi növbəti dəfə etiraza səbəb olub. Bu dəfə yerli azərbaycanlı qadınlar bir neçə axund və hökumət rəsmisini döyərək şirkətin Süngün əhalisinin hüquqlarını tanımamasına etiraz bildiriblər. Məlumata görə, Vərziğan Süngün Mis Mədəni Kompleksinin rəhbərliyi mənimsədiyi vəsaitin hesabına Təbrizin Rizvanşəhr məhəlləsində bir məscid …

Davamı...

Sel bölgəsinə edilən yardıma görə “Türkmən səhra”dan Güney Azərbaycana təşəkkür mesajı…

“Türkmən səhra” türkləri ötən Novruz bayramı günlərində baş verən sel fəlakətindən zərərçəkənlərə edilən yardıma görə Güney Azərbaycan əhalisinə növbəti dəfə təşəkkür ediblər. “Qonbəd Kavus” “Şəhrdari” klubunun məsulları Urmiya “Şəhrdari” voleybol komandasınını “xoş gəldiniz” sözləri ilə qarşılayaraq qonaq komandanın məşqini izləyib, dağıdıcı sel baş verdiyi zaman təbii fəlakətdən zərərçəkənlərə edilən yardıma …

Davamı...

Türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə Bildiriş paylanılıb – Xoy şəhərində

Güney Azərbaycanın Xoy şəhərində türk dilində təhsilə qoyulan qadağaya etiraz olaraq minlərlə bildiriş paylanılıb. Oktyabrın 29-da şəhərin müxtəlif məntəqələrində yerli milli-mədəni fəallar tərəfindən paylanılan bildirişlərdə məktəblərdə türk dilinə qoyulan qadağaya kəskin etiraz edilib. “İran mərkəzi hökumətinin aldadıcı planları və eyniləşdirmə siyasəti qeyri-fars millətlərinin ana dilinin tədris olunmasına şərait yaratmayacaq. Ana …

Davamı...

3 il keçdi – Təbriz-Məşhəd qatarında baş verən hadisəyə görə kimlər müqəssirdir?

Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi Təbriz-Məşhəd qatarının keçirdiyi qəzadan təxminən 3 il keçməsinə baxmayaraq hələ də hadisə ilə bağlı hesabatın açıqlanmadığına etiraz edib. Bu barədə mətbuata danışan millət vəkili hadisənin araşdırılmadığını Azərbaycan əhalisinə qarşı hörmətsizlik adlandırıb. “Bu məsələyə görə parlamentin rəyasət heyətinə ciddi xəbərdarlıq etdim. Bildirdim ki, …

Davamı...

Siyamək Mirzayi saxlandıqdan 40 ay sonra məzuniyyətə çıxıb – VİDEO

 Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb. Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn S.Mirzayi çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanıb. S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. …

Davamı...

Urmiyada kənd təsərrüfatı texnologiyası mərkəzində partlayış olub, 6 nəfər xəsarət alıb

Güney Azərbaycanın Urmiya şəhərində kənd təsərrüfatı texnologiyası mərkəzində partlayış baş verib, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bu barədə Urmiya Bələdiyyə İdarəsinin Fövqəladə Hallar Bölümünün rəisi İbrahim Quşçi çərşənbə axşamı günü “İrna” xəbər agentliyinin müxbirinə məlumat verib. “Çərşənbə axşamı günü səhər saatlarında Urmiya-Salmas istiqamətində Küləg kəndində yerləşən Tətbiqi Elmlər Universitetinə …

Davamı...