Cümə , 17 May 2024
Ana səhifə / Azərbaycan (page 13)

Azərbaycan

Beynəlxalq Ana Dili Günündə saxlanılan güney azərbaycanlı fəalların həbs qərarı icraya qoyulur

Baharistan İnqilab Məhkəməsinin 2-ci şöbəsi (Dadsəra) Beynəlxalq Ana Dili Günündə saxlanılan güney azərbaycanlı fəallara həbs hökmlərinin icrası haqda çağırış vərəqəsi göndərib. Martın 17-də göndərilən çağırış vərəqəsinə əsasən Əkbər Azad, Həmid Manafi, Əlirza Fərşi, Behnam Şeyxi, Rüstəm Kazimpur, Əziz Fərşi, Mənsur Fəthi və Mahmud Ocaqlu 5 gün ərzində Baharistan İnqilab Məhkəməsinin …

Davamı...

Güney azərbaycanlı fəal və tanınmış idmançı Kərim İsmayılzadə saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə (Kərim Boksor) İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O martın 17-də ikinci dəfə olaraq Təbriz şəhərində saxlanılıb. Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur. Azərbaycanlı fəal fevralın son günlərində Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi …

Davamı...

Qərbi Azərbaycanda 534 nəfər yol qəzalarında həyatını itirib

Cari ildə (İranda yeni il Novruz bayramında başlayır) Qərbi Azərbaycan Əyalətinin yollarında baş verən yol qəzalarında 534 nəfər həyatını itirib. Bu barədə Qərbi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Rəsul Rövşəni mətbuata məlumat verib. “Yola salmaq üzrə olduğumuz 1398-ci ildə Qərbi Azərbaycan yollarında baş verən yol-nəqliyyat hadisələrində 11 min 936 nəfər …

Davamı...

“Xalxallı idmançılar il ərzində 55 müxtəlif medal qazanıb”

Güney azərbaycanda idman imkanlarının məhdud olmasına rəğmən gənclərimiz bütün idman növləri üzrə böyük uğurlara imza atmaqdadır. Ölkə üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edən şəhərlərimizdən biri də Ərdəbil Əyalətində yerləşən Xalxal şəhəridir. Xalxal Gənclər və İdman İdarəsinin icraçı direktoru cari ildə (İranda yeni il Novruz bayramında başlayır) xalxallı idmançıların müxtəlif …

Davamı...

Nasir Ətəbati: “Ərdəbil Əyalətində 1100 nəfərdən çox məhbus məzuniyyətə buraxılıb”

Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi əyalət həbsxanalarında saxlanılan 1100 nəfərdən çox məhbusun məzuniyyətə buraxıldığını bildirib. Nasir Ətəbatinin sözlərinə görə, məhbuslar camiənin bugünkü vəziyyətinə uyğun olaraq İran Məhkəmə Sisteminin rəisinin göstərişinə əsasən evə buraxılıb. Ədliyyə İdarəsinin rəisi camiənin vəziyyəti deyəndə  böyük ehtimalla koronavirus epidemiyasını nəzərdə tutub. O bu barədə geniş məlumat …

Davamı...

Ərdəbil Əyalətində spirtdən zəhərlənənlərin sayı 180-a, ölənlərin sayı isə 19-a çatıb – VİDEO

Koronavirus epidemiyasının yayıldığı günlərdə Ərdəbil Əyalətində 180 nəfər spirtdən zəhərlənib, 19 nəfər isə həyatını itirib. Bu barədə Ərdəbil Tibb Universitetinin yaydığı bəyanatda bildirilib. “Son günlərdə 180 nəfər spirt içərək zəhərləndiyi üçün xəstəxanalara müraciət edib. Onlardan 19-u ölüb, 79-ü isə müalicə olunur. Zəhərlənənlərin bir neçəsi komadadır, bəziləri isə görmə qabliyətini itirib.”- …

Davamı...

Ərdəbil Tibb Universitetinin rəisi koronavirusa yoluxub

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanlar və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Bazar günü yayılan məlumata görə, Ərdəbil Tibb Universitetinin rəisi Qüdrət Əxəvan Əkbəri təhlükəli virusa yoluxub, onda koronavirus analizinin cavabı müsbət çıxıb. Qüdrət Əxəvan Əkbəri əyalətdə virus epidemiyası başlandığı gündən ardıcıl tibb mərkəzlərinə baxış keçirərək xəstələrin vəziyyəti ilə …

Davamı...

Koronavirus Ərdəbil həbsxanasında; İki məhbus xəstəxanalıq oldu

Ərdəbil həbsxanasının 1-ci korpusunda koronavirusun yayıldığı, bu səbəbdən iki məhbusun xəstəxanalıq olduğu barədə xəbər yayılıb. Son məlumata görə, bazar günü koronavirus əlamətləri görünən iki məhbus ambulansla İmam Xəstəxanasına aparılıb. Həbsxanadaykən onlardan birinin vəziyyəti ağırlaşıb. Məhbuslar xəstəxanaya aparıldıqdan sonra bütün korpus dezinfeksiya edilib. Məhbuslara korpusdan çıxmağa, eləcədə kimsənin həmin bölümə daxil …

Davamı...

Tanınmış yazıçı və rejissor bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını tələb edib

Tanınmış yazıçı və rejissor İsmayıl Münsif bütün güney azərbaycanlı milli-mədəni fəalların müvəqqəti sərbəst buraxılmasını istəyib. Güney azərbaycanlı sənətkar bu barədə öz İnstaqram səhifəsində post paylaşaraq İran zindanlarında həbsdə olan milli-mədəni fəalların məzuniyyətə buraxılmasını tələb edib. Rejissor paylaşdığı mətni Azərbaycan türkcəsində də dərc edib. “İran zindanlarında koronavirus yayıldığı üçün, 160-dan çox …

Davamı...

Güney azərbaycanlı fəal Salar Tahir Əfşar həbs və şallaq cəzasına məhkum edilib

Urmiya şəhəri sakini, güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar məhkəmə tərəfindən çıxarılan qeyri-insani hökmlə üzləşib. Məlumata görə, martın 14-də çıxarılan qərara əsasən fəal  8 ay həbs və 20 şallaq zərbəsinə məhkum edilib. Azərbaycanlı fəalın “yanacaqdoldurma məntəqəsini təxrib etmək, tıxac yaratmq, iğtişaşlara qoşulmaq, film yükləmək və şüar vermək” ittihamları ilə …

Davamı...