Cümə axşamı , 2 May 2024
Ana səhifə / Azərbaycan (page 11)

Azərbaycan

Urmu gölündə suyun həcmi ötən ilə nisbətən artıb

Güney Azərbaycanın Urmu gölündə suyun həcmi və gölün genişliyi ötən ilə nisbətən artıb. Bunu Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan əyaləti üzrə ofis rəhbəri Fərhad Sərxoş deyib.  Qərbi Azərbaycan Teleradio Şirkətinin xəbər agentliyinin yaydığı məlumata görə, Fərhan Sərxoş hazırda Urmu gölündə 4 milyard 130 milyon kubmetr su olduğunu diqqətə çatdırıb. …

Davamı...

Təbrizdə Əmək və İşçi Evinin katibi koronavirusa yoluxub

Təbrizdə yerli məsul şəxslərdən daha birinin koronavirusa yoluxduğu bildirilir. Məlumata görə, Təbriz Əmək və İşçi Evinin katibi Kərim Sadiqzadə koronavirusa yoluxub. Bu barədə Təbriz Şəhər Şurasının rəisi Şəhram Dəbiri öz səhifəsində məlumat paylaşıb. “Mühəndis Kərim Sadiqzadə Təbriz Bələdiyyə İdarəsinin həyata keçirdiyi dezinfeksiya tədbirlərində iştirak edib. O əhaliyə xidmət göstərərkən koronavirusa …

Davamı...

Güney Azərbaycanda koronavirusdan ölənlərin sayı 250 nəfəri ötüb

Güney Azərbaycan əyalətlərində daha 258 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb və xəstəliyə tutulanların sayı 2890 nəfərə çatıb. GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, koronavirus infeksiyasından ölənlərin sayı Güney Azərbaycanda artıq 258 nəfərə çatıb.   Qeyd edək ki, İran rəsmiləri bəzi bölgələrdə, o cümlədən Həmədan əyalətində koronavirus …

Davamı...

Soydaşlarımız “Səhənd” kanalında kürd serialının yayımlanmasına etiraz edir – Şərqi Azərbaycanda / VİDEO

Şərqi Azərbaycan Əyalətinin yerli “Səhənd” kanalında kürd serialının yayımlanması soydaşlarımızın kəskin etirazına səbəb olub. İran məsulları Novruz bayramı günlərində təhrikedici hərəkətə yol verərək Azərbaycan əhalisi üçün kürd ləhcəsində çəkilmiş “N.X” adlı serial yayımlayır. Serialın gizli məqsədlərə xidmət etdiyinin fərqində olan soydaşlarımız bu təhrikedici hərəkətin səbəbini soruşur: Heç bir kürdün yaşamadığı …

Davamı...

Güney Azərbaycan yolları can almaqda davam edir

Koronavirus epidemiyası ilə əlaqədar avtomobil yollarında hərəkətin intensivliyinin azalmasına baxmayaraq Güney Azərbaycan yolları can almaqda davam edir. Dünən Şərqi Azərbaycan Əyalətinin Əhər-Kəleybər yolunda baş verən qəzada 1 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu barədə Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mətbuata məlumat …

Davamı...

Xoy məntəqəsində baş vermiş zəlzələdən zərərçəkənlərə xeyriyyə yardımı edilib

Fevral ayında Qərbi Azərbaycan Əyalətinində yerləşən Xoy şəhərinin Qotur məntəqəsində baş vermis zəlzələdən zərərçəkənlər hələ də ağır şəraitdə yaşayır. Xüsusi ilə koronavirus epidemiyası yayıldıqdan sonra diqqətdən kənarda qalan təbii fəlakət bölgəsində qızınmaq vasitələrinə ciddi ehtiyac olduğu bildirilir. Son məlumata görə, Qərbi Azərbaycan Əyalətində bir qrup xeyriyyəçi zəlzələdən zərərçəkənlərin ən zəruri …

Davamı...

Şərqi Azərbaycanda 20 nəfər spirtdən ölüb

Təbriz Tibb Universitetinin dərman üzrə rəis müavini əyalətdə bir ay ərzində 20 nəfərin spirtdən öldüyünü bildirib. Ruzbeh Rəcayi bu barədə martın 22-də mətbuata məlumat verib. “Şərqi Azərbaycanda fevralın 20-dən bu günədək 230 nəfər texniki spirt içdiyinə görə zəhərlənib. Onlardan 20-i həyatını itirib. Tibbi müəssisələrə müraciət edənlərin çoxu Təbriz və Əhər …

Davamı...

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı kəskin artıb

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərində sayı artaraq davam edir. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 756 nəfərə çatdığını deyib. Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 72 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Somi keçən gün daha 7 …

Davamı...

Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşidən yeni xəbər var

Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi həbsxananın yeni bölümünə köçürülüb. O həbsxananın 209-cu korpusunda 75 gün saxlandıqdan sonra 4-cü korpusun karantin bölümünə köçürülüb. 4-cü korpusda saxlanılan güney azərbaycanlı fəal Tövhid Əmir Əmini və Kazım Səfabəxş yaxınları ilə telefon əlaqəsi saxladıqları zaman xəbəri təsdiqləyiblər. Türk dilində kitab …

Davamı...

Şərqi Azərbaycanın Binab şəhərində 3 nəfər spirtdən ölüb

Texniki spirt Şərqi Azərbaycanın Binab şəhərində 3 nəfərin ölümünə səbəb olub. Bu barədə Binab Şəhər Səhiyyə İdarəsinin müdiri Əli Nəyyerpur mətbuata məlumat verib. “Təəssüflər olsun ki, binab şəhərində texniki spirt içən 6 nəfər zəhərlənib, onlardan 3-ü həyatını itirib.”- deyə o bildirib. Ötən günlərdə İran və Güney Azərbaycanda spirtin koronavirusun qarşısını …

Davamı...