Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 26)

Azərbaycan

Təbrizdə Yol və Şəhərsalma İdarəsinin qarşısında etiraz yığıncağı keçirilib – VİDEO

Fevralın 9-da Təbrizdə Şərqi Azərbaycan Yol və Şəhərsalma İdarəsinin qarşısında kütləvi etiraz yığıncağı keçirilib. Etirazçılar Təbrizdə Müəllimlərin Besət kooperativinin üzvləri olub. Fərhəngiyan Mənzil-tikinti Kooperativinin üzvləri 17 il gecikmədən sonra şirkətin öhdəliyinə əməl etməsini tələb ediblər. Etiraz yığıncağında çoxlu plakatlar nümayiş etdirilib. Plakatlarda “müəllim səbirlidir. Lakin Əyyub və Nuh qədər dözə …

Davamı...

Güney Azərbaycan və Bəluçistanda yüksək yoxsuluq göstəricisi divarlarda əks olunub- Ərdəbildə

Ərdəbil şəhərində bir divarın üzərində Güney Azərbaycan və “Sistan və Bəluçistan” əyalətinin ağır iqtisadi vəziyyətini göstərən məlumat əks olunub. Yerli milli-mədəni fəallar tərəfindən qrafit texnikası ilə çəkilən diaqramda İranda əyalətlərin iqtisadi durumu göstərilir. Güney Azərbaycan, eləcə də “Sistam və Bəluçistan” əyalətinin iqtisadi baxımdan mütləq yoxsulluq səviyyəsində olduğu görünür. İranın yanlış …

Davamı...

Ruzbeh və Yaşar Piri Təbrizin Mərkəzi Zindanından müvəqqəti azadlığa buraxılıb

Güney azərbaycanlı milli-mədəni fəallar Ruzbeh və Yaşar Piri 3 ay qanunsuz olaraq saxlandıqdan sonra fevralın 5-də Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb. Piri qardaşları mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Onlar 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən …

Davamı...

Güney azərbaycanlı mədəni fəal Zeynəb Həmrəngin azadlığa buraxılması üçün ağır mülki vəsiqə qərarı təyin olunub

Yanvar ayında Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı mədəni fəal xanım Zeynəb Həmrəngin azadlığa buraxılması üçün ağır mülki vəsiqə qərarı çıxarılıb. Məlumata görə, fəalın müvəqqəti sərbəst buraxılması üçün 6 milyard rial dəyərində mülki vəsiqə təyin olunub. Azərbaycanlı xanımın həyat yoldaşı cənab Seyfi təyin olunan vəsiqəni təmin etmək gücündə olmadığını …

Davamı...

Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib- Təbrizdə

Təbriz Məhkəməsində güney azərbaycanlı milli-mədəni fəallar Şəhruz və Şahin Bərzgərin məhkəmə iclası keçirilib. Fevralın 5-də baş tutan məhkəmə prosesində fəalların hansı ittihamla üzləşdiyi məlum deyil. Şəhruz və Şahin Bərzgər 2019-cu il oktyabrın 25-də mərhum mühəndis Əmaninin ildönümü mərasimi zamanı, mərasimdən əvvəl öz evlərində Təbriz Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdır. Şəhruz …

Davamı...

Güney azərbaycanlı fəallar İran stadionlarında yol verilən irqçiləyə qarşı növbəti dəfə kampaniyaya başlayır

Güney azərbaycanlı milli-mədəni fəallar İran stadionlarında türklərin əleyhinə yol verilən irqçi hərəkətlərə qarşı bu axşam növbəti dəfə etiraz kampaniyası keçirəcəklər. Sosial şəbəkələr və milli teleqram kanallarında yayılan məlumata görə, FİFA-nın bundan əvvəlki kampaniyada 18 min twit və 35 min komentlə bağlı səssiz qalması və farsdilli mətbuat orqanlarının xəbəri boykot etməsinə …

Davamı...

Meşginşəhrdə antik əşyalar tapılıb

Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərində 10 ədəd tarixi və antik əşya tapılıb. Bu barədə Meşginşəhr Şəhər Polis İdarəsinin rəisi polkovnik Keyvan Zərrinkolah fevralın 4-də jurnalistlərə məlumat verib. “Verilən məlumatlar əsasında Namaz meydanında yerləşən bir evdə antik əşyaların saxlandığı məlum oldu. Bundan sonra məhkəməyə xəbər verildi. Polis qanuni şəkildə tarixi əşyaların …

Davamı...

Təbrizdə çəkilən sənədli film İsveçrənin milli televiziyasında yayımlanacaq

Azərbaycan mədəniyyəti və Təbriz şəhərində turistlər üçün cazibədar olan məkanlarını əks etdirən “Kökə qayıdış” sənədli filmi İsveçrənin milli televiziyasında yayımlanacaq. “İsna” xəbər agentliyinin yaydığı məlumata görə, SRF televiziyasının sənədli film çəkən qrupunun üzvlərindən biri Adrian Eşmon Təbrizə film çəkmək məqsədi ilə gəldiklərini bildirib. “Sənədli film çəkməkdən məqsəd odur ki, hər …

Davamı...

Güney azərbaycanlı fəal Şahin Bərzgər Təbrizin Mərkəzi Zindanına köçürülüb

Güney azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra bu şəhərin Mərkəzi Zindanına köçürülüb. Azərbaycanlı fəal fevralın 3-də Təbriz həbsxanasına aparılıb. Şahin Bərzgər 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə öz evlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O həmin etirazlar …

Davamı...

Güney azərbaycanlı fəal Məhəmməd Mahmudi Təbrizin Mərkəzi Zindanına köçürülüb

Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Mahmudi təxminən 3 ay Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra bu şəhərin Mərkəzi Zindanının 16-cı bölümünə köçürülüb. Fəalın həftələr öncə zindana köçürülməsi gözlənilirdi, lakin Ettelaat İdarəsi fəala təzyiq göstərmək məqsədi ilə onun nəzərdə tutulan vaxtda zindana köçürülməsinə imkan verməyib. M.Mahmudi fevralın 3-də Təbriz həbsxanasına aparılıb. …

Davamı...