Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan (page 31)

Azərbaycan

Azərbaycanlı fəal Kavə Darülşəfa müvəqqəti olaraq Evin zindanından azadlığa buraxılıb

Qəzvin sakini olan Kavə Darülşəfa mülki vəsiqə qarşılığında Tehranın Evin zindanından azadlığa buraxılıb. O iki ay saxlandıqdan sonra yanvarın 23-də müvəqqəti olaraq sərbəst buraxılıb. Kavə, qardaşı Yaşar saxlandıqdan 5 gün sonra 2019-cu il noyabrın 25-də öz evində Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının 209-cu korpusuna aparılmışdır. Azərbaycanlı öyrənci və siyasi …

Davamı...

Qəzvin Əyalətinin ilk və yeganə qadın bələdiyyə başçısı istefa verib

Məhəmmədiyyə Şəhər Şurasının sözçüsü şəhərin bələdiyyə başçısı Məryəm Nəxostinin istefa verdiyini açıqlayıb. Ümid Münfərib bu barədə yanvarın 22-də “Fars” xəbər agentliyinə danışıb. “Məryəm Nəxostin bu gün Şəhər Şurasının iclasına qatılaraq istefa ərizəsini rəyasət heyətinə təqdim edib.”- deyə o diqqətə çatdırıb. Şura sözçüsü Məryəm Nəxostinin istefasının səbəbi barədə hər hansı məlumata …

Davamı...

Təbrizdə məktəblərin birində milli şüarlar səsləndirilib – VİDEO

Təbrizdə məktəblərin birində azərbaycanlı şagirdlər milli şüarlar səsləndirib. İctimai tələblərlə bağlı şüarları əks etdirən video virtual məkanda geniş yayılıb. Şagirdlərin milli şüar səsləndirməsi sosial şəbəkələr istifadəçilərinin xüsusi diqqətini çəkib. Azərbaycanlı məktəblilər “Traxtur” futbol komandasının görüşlərində olduğu kimi, gur səslə “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” və “Azərbaycan …

Davamı...

Güney azərbaycanlı fəal Əkbər Nəimi saxlanılıb

Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi Tehranda saxlanılıb. Məlumata görə, təhlükəsizlik qüvvələri yanvarın 22-i səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum edib, onu saxlayaraq naməlum istiqamətə aparıblar. Təhlükəsizlik qüvvələri Əkbər Nəimini saxladıqdan sonra onunla birlikdə evinə müraciət edib, fəalın bir neçə şəxsi əşyasını özləri ilə götürüblər. Güney …

Davamı...

Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər təkzib edilir / Təhlükəsizlik qüvvələri fəala qarşı kobud davranıb

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin hansı ittiham üzrə saxlandığı barədə yayılan xəbərlər onun ailəsi tərəfindən təkzib edilir. Bu barədə yayılan şayiələr şübhəli və məqsədyönlüdür. Güney azərbaycanın Mərənd şəhərində doğulan milli-mədəni fəal yanvarın 8-də Tehranda öz iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O saxlandıqdan sonra əlləri qandallı şəkildə evinə …

Davamı...

Davada xəsarət aldığına görə tibbi ekspertiza mərkəzinə müraciət edənlərin sayı artıb – Şərqi Azərbaycanda

Şərqi Azərbaycan Əyalətində davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzinə müraciət edənlərin sayı artıb. Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərd mətbuata məlumat verib. “Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) birinci 8 ayında 28 min 305 nəfər davada bədən xəsarəti aldığına görə əyalətin tibbi …

Davamı...

Güney azərbaycanlı fəal Kazım Səfabəxş ikinci dəfədir ki, ad gününü həbsxanada keçirib – Evin zindanında

Güney azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş (Kazım Koroğlu) Tehranın Evin zindanında eyni korpusda saxlanılan məhbuslarla birlikdə ad gününü qeyd edib. 1990-cı il yanvarın 21-də doğulan Kazım Səfabəxşin 30 yaşı var. O ikinci dəfədir ki, ad gününü həbsxanada keçirməli olub. Fəal 2018-ci il noyabrın 25-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Evin …

Davamı...

Güney azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə 27 ay həbs cəzasına məhkum edilib

Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi, birinci instansiya məhkəməsinin güney azərbaycan fəal barəsində çıxardığı 27 ay həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Məlumata görə, Məhəmməd Əbdülməhəmmədzadə “rəhbəri təhqir etmək” və “müxalif qrupların xeyirinə olaraq İslam Cümhuriyyətinin əleyhinə təbliğat aparmaq”da günahlandırılıb. O sıralama ilə birinci ittihama görə 15 ay, ikincinə görə …

Davamı...

“Traxtur” braziliyalı müdafiəçi transfer edə bilər

Güney Azərbaycanın “Traxtur” futbol klubu 19-cu super liqa yarışlarında ikinci mövsümə güclü oyunçularla başlamaq niyyətindədir. Son məlumata görə, “Traxtur” klubu komandaya daha bir güclü oyunçu cəlb etməyə çalışır. Klub məsulları bu məqsədlə braziliyalı tanınmış bir müdafiəçini komandanın məşqlərinə və mümkün müzakirələrə dəvət edib. Məlumata görə, hələlik adı açıqlanmayan xarici futbolçu …

Davamı...

Zəncanda beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb

Zəncan Əyalətində cari ildə (İranda yeni il Novruz bayramında başlayır) beyin ölümünə düçar olmuş 28 nəfərin bədən orqanları ehtiyacı olan xəstələrə bağışlanıb. Əyalətdə 27 və 28-ci bədən orqanı bağışlanması faktı ötən həftə qeydə alınıb. Məlumata görə, 33 yaşlı qadının ürək, qara ciyər və böyrəkləri, 56 yaşlı kişinin isə qara ciyər …

Davamı...