Şənbə , 18 May 2024
Ana səhifə / Azərbaycan (page 34)

Azərbaycan

Güney azərbaycanlı fəal Həkimə Əhmədi həbsxanada aclıq aksiyası keçirir

Güney azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi Marağa zindanında aclıq aksiyası keçirir. Fəal “Marağa zindanında 544 gün müvəqqəti saxlanma qərarı və Ədliyyə İdarəsi məsullarının verdikləri vədlərin yerinə yetirilməməsi”nə etiraz olaraq aclığa başladığını bildirib. O artıq aclıq aksiyasının 4-cü günündədir. Azərbaycanlı fəal 15 aydır ki, qeyri-müəyyən vəziyyətdə saxlanılır. Bu vəziyyət Əhmədi ailəsinin …

Davamı...

Türk dilində kitab çap edən nəşr evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib – Tehranda

Tehran şəhərində türk dilində kitablar çap edən “Təkderəxt” Nəşr Evinin fəaliyyətinə qadağa qoyulub, müdiri isə həbs edilib. Məlumata görə, Ehsan Şokr Xodayi 1 illik həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanında həbs edilib. “Təkderəxt” Nəşr Evi Azərbaycan türkcəsində çox sayda kitab çap edib. Nəşriyyatın müdiri Ehsan Şokr Xodayi Azərbaycanın klassik …

Davamı...

İsrail televiziyası: Güney Azərbaycan İsraili özünə düşmən bilmir – VİDEO

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrail televiziyasında İranda baş verən son etirazlar haqda danışıb. Arye Qut yanvarın 14-də “kanal 9”-da yayılan verilişdəki çıxışında Güney Azərbaycan məsələsinə də toxunub. “Ayətullahlar hökuməti 35 milyon azərbaycanlıya zülm edir. Azərbaycanlılara mədəniyyətlərini inkişaf etmək icazəsi verilmir. Hökumət onların dil …

Davamı...

Saxlanılan güney azərbaycanlı fəalların ailə üzvləri məhkəmə qarşısına toplaşıb – Təbrizdə

Son vaxtlar saxlanılan bir qrup güney azərbaycanlı fəalın ailə üzvləri Təbrizdə məhkəmə (dadsəra) binasının qarşısına toplaşaraq yaxınlarının vəziyyəti barədə məlumat verilməsini tələb ediblər. Yanvarın 14-də fəalların ailə üzvlərindən ibarət təxminən 30 nəfər yığıncağa qatılıb. Məhkəmə məsulları cavab vermək yerinə onları sayqısızlıq edərək məhkəmə binsından çölə çıxarıblar. “Saxlanılanlarla bağlı araşdırma aparılır. …

Davamı...

Panfarsist qəzet mətni təhrif edərək “türk” sözünü silib

İran kütləvi informasiya vasitələrinin Azərbaycan və türk kimliyinə qarşı qərəzli münasibəti bitib-tükənmək bilmir. Bu dəfə iqtisadiyyatla bağlı qəzetdə azərbaycanlı yazıçının tərcümə etdiyi mətn təhrif edilərək fərqli şəkildə dərc olunub. Məlumata görə, Rəsul Qənbəri “Dünya-ye iqtisad” qəzetinin istəyi ilə tərcümə etdiyi bir mətni mətbuat orqanına təqdim edib. Azərbaycanlı yazıçı mətnin təhrif …

Davamı...

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi ağır ittihamla üzləşib

Ötən günlərdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi yaxınları ilə telefon əlaqəsi saxlayaraq ağır ittihamla üzləşdiyini deyib. Fəal bildirib ki, ona “an.tv ilə əməkdaşlıq etmək yolu ilə Səudiyyə Ərəbistanına casusluq etmək”də ittiham olunduğu açıqlanıb. Yanvarın 14-də şəhid Müqəddəs Evin Məhkəməsinin (dadsəra) hakimi azərbaycanlı fəal barəsində müvəqqəti saxlanma qərarı çıxarıb. …

Davamı...

Tehranda türk dilində kitab çap edən nəşr evinin qapısı möhürlənib

İran paytaxtı Tehranda türk dilində kitablar çap məşhur “Əndişe-yi No” Nəşr Evinin fəaliyyətinə qadağa qoyulub. Məhkəmə sistemi qapısı möhürlənən nəşr evini qanunsuz kitablar çap etmək və satmaqda günahlandırıb. Nəşriyyat isə bütün kitabları İslami İrşad və Mədəniyyət Nazirliyinin verdiyi icazə əsasında çap etdiyini bildirir. “Əndişe-yi No” Nəşr Evinin müdiri Yusif Fərzanə …

Davamı...

Güney azərbaycanlı fəal Mehrdad Şeyxi Ettelaat İdarəsinin təcridxanasında saxlanılır

Güney azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi Ərdəbil Ettelaat İdarəsinin təcridxanasında saxlanılır. Bu barədə fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat verib. O ailəsinə tapşırıb ki, şəxsi avtomobilini təhvil almaq üçün Ərdəbilin Zərnas şəhərciyində yerləşən məhkəmə orqanına (dadsəra) müraciət etsinlər. Məlumata görə, ailəsi fəalın saxlanmasının səbəbini soruşub, lakin …

Davamı...

İran rejimi bir neçə tanınmış güney azərbaycanlı millət vəkilinin növbəti seçkilərə namizədliyini rədd edib

İranda fevralın 21-də keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürmüş hazırkı millət vəkillərinin bir çoxu seçki komissiyası tərəfindən diskvalifikasiya edilib. Namizədliyi rədd edilən hazırkı millət vəkilləri arasında Qərbi Azərbaycan Əyalətindən Urmiyanın millət vəkili Nadir Qazipur və Hadi Bahaduri, həmçinin Makının millət vəkili Eynulla Şərifpurun adı var. Şərqi Azərbaycandan isə Zəhra Sai …

Davamı...

“Traxtur” klubundan “Perspolis”ə xəbərdarlıq

Güney Azərbaycanın “Traxtur” futbol klubu keçmiş hücumçusu Antoni Stokesi komandaya cəlb etməklə bağlı Tehranın “Perspolis” klubuna xəbərdarlıq edib. Bu barədə Azərbaycan klubu Liqa Təşkilatına məktub ünvanlayıb. Məktubda xarici oyunçunun hələlik “Traxtur”la müqaviləsi qüvvədə olduğu xatırladılaraq onun hansısa komandaya transfer edilməsi barədə İran klublarına xəbərdarlıq edilib. İlk öncə “Perspolis” klubuna işarə …

Davamı...