Cümə , 3 May 2024
Ana səhifə / Azərbaycan (page 8)

Azərbaycan

Qərbi Azərbaycanda məişət tullantılarının düzgün dəfn olunmamasına etiraz edənlər saxlanılıb – VİDEO

Aprelin 6-da Qərbi Azərbaycan Əyalətində ətraf mühit müdafiəçilərindən 7-i təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Arif Zad İskəndər, Əli Cəmşidzadə, Məhəmməd Baqir Abidi, Musa Hüseynqulipur, Əmir Əfşari və Məhəmməd İbrahimi bir gün saxlandıqdan sonra çərşənbə axşamı günü mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Saxlanılan soydaşlarımız Qərbi Azərbaycanın Baruq şəhəri və Qoşaçay məntəqəsində yerləşən …

Davamı...

Koronavirus böhranı günlərində meşə ağaclarının kəsilməsi davam edir – Güney Azərbaycanda / VİDEO – GÖRÜNTÜ

 Güney Azərbaycanın müxtəlif bölgələrində meşə ağaclarının vaxtaşırı dövlətin icazəsi ilə və ya qeyri-qanuni şəkildə kəsilməsi ətraf mühit tərəfdarlarının ciddi nigaranlığına səbəb olur. Bu vəziyyət bölgədə koronavirus böhranı hökm sürdüyü günlərdə də davam edir. Son məlumata görə, Güney Azərbaycanın Xoy, Təbriz, Parsabad və Binab şəhərlərində meşə ağacları kütləvi şəkildə kəsilərək digər …

Davamı...

Ərdəbilli soydaşımız günahsız olaraq məhkəmə hökmü ilə edam edilib

2018-ci ilin yaz aylarında Ərdəbil Məhkəməsinin hökmü ilə edam edilən azərbaycanlı məhbusun günahsız olduğu məlum olub. “Herana” agentliyinin yaydığı məlumata görə, Babək Rzayi silahlı oğurluq hadisəsi zamanı qətl törətməkdə ittiham olunub. Son informasiyaya əsasən Behzad Təhəmtən adlı bir müttəhim sözügedən silahlı oğurluq və qətl cinayətini  törətdiyini etiraf edib. Babək Rzayi …

Davamı...

Muğan əhalisi bu şəhərin Aqrosənaye Kompleksinin özəlləşdirilməsi müqaviləsinin ləğv olunmasını tələb edir – 17 min imza…

 Güney Azərbaycanda bölgə əhalisi Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin özəlləşdirilməsi müqaviləsinin ləğv olunmasını tələb edir. Bu məqsədlə Muğan əhalisi 17 min imza toplayaraq İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayıb. Məktubda qeyd olunub ki, İranın Ali Audit Məhkəməsi və Yoxlama Təşkilatı nəhəng kompleksin özəl sektora buraxılmasında qanun pozuntularına yol …

Davamı...

Güney azərbaycanlı şair və yazıçı Rəhim Qulami həbsxanaya qayıtmayacaq

Novruz bayramından əvvəl məzuniyyətə buraxılan güney azərbaycanlı fəal, yazıçı və şair Rəhim Qulami bir daha həbsxanaya qayıtmayacaq. Bu barədə Məhkəmə Elektron Sistemi tərəfindən fəala məlumat göndərilib. O həmçinin aprelin 4-də Ərdəbil Həbsxanasının Hökmləri İcra edən Bölümünə müraciət etdiyi zaman ona məhkumluq müddətinin başa çatdığı bildirilib. Azərbaycanlı fəal martın 12-də Ərdəbil …

Davamı...

Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan Əyalətində son 24 saat ərzində 53 nəfərdə koronaviris infeksiyasının aşkarlandığını, 7 nəfərin isə bu virusdan öldüyünü bildirib. Beləliklə, bu günədək əyalətdə 1815 nəfərin koronavirusa …

Davamı...

Ərdəbil zindanında məhbus həyatı yaşayan siyasi məhbus Məhkəmə Sisteminin rəisinə məktub yazıb: Mənim nəfəs çəkməyim haramdırmı?!

Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ilə birlikdə Ərdəbil zindanının 7-ci bölümündə məhbus həyatı yaşayan bəluç kökənli siyasi məhbus Məhəmməd Sabir Məlik Rəisi İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə məktub ünvanlayıb. O yazdığı məktubda həbsxananın ağır şəraitdə olması, siyasi məhbusların məzuniyyətə buraxılmaması və ötən günlərdə həbsxanaya baxış keçirən Ərdəbil …

Davamı...

Şərqi Azərbaycanda spirtdən ölənlərin sayı 24 nəfərə çatıb

Şərqi Azərbaycan Əyalətində koronavirus infeksiyası yayıldıqdan sonra əyalətdə alkollu içki və texniki spirt içənlərin sayı artıb. Ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusa yoluxmanın qarşısını almaqla bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb. Şərqi Azərbaycan valisi Məhəmmnədrza Purməhəmmədi dünən keçirdiyi mətbuat konfransında bu barədə …

Davamı...

İctimai fəallar bu şəkildə hər kəsi evdə qalmağa çağırıb – Miyana şəhərində / GÖRÜNTÜ

Koronavirus infeksiyası Güney Azərbaycan şəhərlərini gün keçdikcə daha çox bürüyür. Böhrandan çıxmaq üçün şəhər sakinlərindən evdə qalmaları tələb olunur. Miyana şəhərinin bir qrup ictimai fəalı virus təhlükəsinin ciddi olduğunu əhaliyə çatdırmaq üçün xüsusi diqqətçəkən tədbir düşünüblər. Salar Puyan, Qadir Həsənzadə və Hamid Yəzdani qoruyucu paltarlar geyinərək çiyinlərində bir tabut gəzdirib, …

Davamı...

“Traxtur” klubunun 50 yaşı oldu

Güney Azərbaycanın “Traxtur” futbol klubu öz fəaliyyətinin 6-cı onilliyinə daxil olub. “Traxtur” klubu 1970-ci ildə “Traktorsazi-i Təbriz” adı ilə təsis olunub. Klub 2008-ci ilədək İran Traktor Zavodunun himayəsində olub. Məşhur klub iki il öncə özəl sektora buraxılıb. Hal-hazırda klubun sahibi Məhəmmədrza Zenuzidir. Bir müddət əvvəl klubun adı dəyişdirilərək Azərbaycanın Traktor …

Davamı...