Bazar , 5 May 2024
Ana səhifə / Azərbaycan (page 7)

Azərbaycan

Qərbi Azərbaycanda kürd qaçaqmalçılara koronavirus böhranı bəhanəsi ilə maliyyə dəstəyi verilir

İran rejimi koronavirus böhranı bəhanəsi ilə sərhədyanı bölgələrdə yaşayan kürd qaçaqmalçılarına maliyyə dəstəyi verəcək. İran Müstəzəflər (maliyyə baxımından zəif təbəqə) Fondunun rəisi kulbər (Azərbaycan şəhərlərində çiynində qaçaqmal daşıyan qaçaqmalıçı kürdlərə “şələkəş”, fars dilində isə “kulbər” deyilir) adlandırdığı kürd qaçaqmalçılara bir milyon tümən dəyəri olan kart hədiyyə ediləcəyini bildirib. Pərviz Fəttah …

Davamı...

Güney Azərbaycan əyalətlərində koronavirus qurbanlarının sayı artır

Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir. Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi “Səhənd” Telekanalına verdiyi açıqlamada Şərqi Azərbaycan Əyalətində son 24 saat ərzində 170 nəfərdə koronaviris infeksiyasının aşkarlandığını, 7 nəfərin isə bu virusdan öldüyünü bildirib. Beləliklə, bu günədək əyalətdə 2591 nəfərin koronavirusa …

Davamı...

“Traxtur” klubu bu barədə yayılan şayiələri təkzib etdi

“Traxtur” futbol klubunun mətbuat mərkəzinin rəisi klub rəhbərliyinin digər komandaların oyunçuları ilə gizlicə müzakirə aparması barədə yayılan xəbərləri təkzib edib. Fərşid Rəufi bu barədə “İlna” xəbər agentliyinə danışıb. “Son günlərdə bəzi mətbuat orqanlarında transfer etmək məqsədi ilə “Traxtur” klubunun digər komandaların oyunçuları ilə müzakirə apardığı barədə xəbərlər yayılır. Bu doğru …

Davamı...

Güney azərbaycanlı şair siyasi məhbusların sərbəst buraxılmasını tələb edir: Bizi tarix qarşısında utandırmayın!

Qum şəhəri sakini güney azərbaycanlı şair və yazıçı İran zindanlarında koronavirusun yayılması ilə bağlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edib. Heydər Bayat bu barədə Twitter səhifəsində bir mətn paylaşıb. “Həbsxanalarda koronavirusun yayılması xəbəri insanın canını lərzəyə salır. Hər halda siyasi məhbuslar barəsində çıxarılan məhkəmə qərarı ölüm və ya edam deyil. …

Davamı...

Güney azərbaycanlı yazıçı Səməd Behrənginin əsəri İstanbulun bələdiyyə başçısının təklif etdiyi kitablar sırasında

Türkiyənin İstanbul şəhərinin bələdiyyə başçısı Əkrəm İmamoğlu koronavirus infeksiyası ilə bağlı hər kəsi evdə qalmağa çağırıb. O karantinlə bağlı yaydığı videoda evdə qalanları kitab oxumağa çağıraraq onlara bir neçə qiymətli  əsər təklif edib. Güney azərbaycanlı yazıçı Səməd Behrənginin “Balaca qara balıq” əsəri Cümhuriyyət Xalq Partiyasından (CHP) olan siyasətçinin təklif etdiyi …

Davamı...

Urmiyada günəmuzd işləyən fəhlələr ağır vəziyyətdədir

Güney Azərbaycanın Urmiya şəhərində günəmuzd işləyən fəhlələr ailələrinin gündəlik zəruri xərclərinin öhdəsindən gələ bilmir, onlar koronavirus təhlükəsinə baxmayaraq işləməyə məcburdur. “Təsnim” xəbər agentliyinin müxbiri Urmiyada fəhlə meydanına gedərək mövzu ilə bağlı bir neçə işçi ilə söhbət aparıb. Ziyab Məhəmmədzadə adlı bir fəhlə işçilərin əksəriyyətinin daimi aylıq gəlirə malik olmadığını bildirib. …

Davamı...

Güney azərbaycanlı fəalların həyatı təhlükədədir – Evin və Ərdəbil həbsxanasından koronavirus xəstələri xəstəxanaya aparılıb

Evin zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı fəallar ailə üzvləri ilə telefon əlaqəsi saxlayaraq həbsxanada koronavirus təhlükəsindən bəhs ediblər. Onların dediyinə görə, aprelin 7-də həbsxananın 4-cü bölümünün 3-cü otağında koronavirus əlamətləri aşkarlanan bir məhbus həbsxananın poliklinikasına aparılıb, məhbusun sonra şəhərin xəstəxanasına köçürüldüyü ehtimal edilir. İnsan hüquqları müdafiəçisi Rza Xəndan Twitter …

Davamı...

“Traxtur” tərəfdarlarından Türkiyənin TV8 kanalının aparıcısına hədiyyə – VİDEO

Güney Azərbaycanın “Traxtur” futbol komandasının tərəfdarları Türkiyənin məşhur TV8 kanalının aparıcısına xüsusi hədiyyə göndərib. “Survivor” verilişinin aparıcısı Furkan Dede üzərində “Traxtur” bayrağı, loqosu və Kızıl Kurtlar sözünün dərc olunduğu parçanı məmnuniyyətlə qəbul edərək ekranda nümayiş etdirib. Furkan Dede “Traxtur”un 30 milyon türk tərəfdarı olduğunu, hətta bu baxımdan “Fənərbaxça” və “Qalatasaray” …

Davamı...

Güney azərbaycanlı idmançı dünya üzrə birincilər sırasında

Dünya Atletika Federasiyasının saytı 2020-ci ilin mart ayının sonuna qədər yüngül atletika üzrə çempionların son reytinq sıralamasını açıqlayıb. Federasiyanın açıqladığı siyahıda Təbriz şəhərindən olan azərbaycanlı idmançı Mehdi Pircahanın adı dünya üzrə birincilər sırasındadır. Reytinq cədvəlində idmançıların vurduğu rekord və yarışlarda əldə etdikləri uğurlar nəzərə alınıb. Mehdi Pircahan maneələri dəf etməklə …

Davamı...

“Əndəryan Qızıl Mədənindən qaynaqlanan ətraf mühit problemləri araşdırılmalıdır”

Ötən həftələrdə Şərqi Azərbaycanda Vərziğan bölgəsinin Əndəryan kəndinin yaxınlığında yerləşən qızıl mədəni ətrafında mal-qaranın kütləvi şəkildə tələf olması mədəndən qaynaqlanan ətraf mühit problemlərini yenidən gündəmə gətirib. Mövzu ilə bağlı “Fars” xəbər agentliyinə danışan Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi Musa Xəlilullahi təcili olaraq bu məsələyə baxılmasını tələb edib. “Mədən ətrafında mal-qaranın …

Davamı...